Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Birol Akgün kimdir?

Orkhan Ali 13 Yanvar 2025 - 22:41 (Last updated: 21 May 2025 - 20:15)
1 copy

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lent.az Birol Akgünün qısa biqrafiyasını təqdim edir:

– Birol Akgün kimdir?

– Birol Akgün siyasi elmlər üzrə alim, professor, akademik, tədqiqatçı yazıçı, Vətəndaş Cəmiyyəti Təşkilatı (VCT) rəhbəri, Maarif Vəqfinin prezidentidir.

– Birol Akgün nə zaman və harada anadan olub?

– Birol Akgün 25 mart 1968-ci ildə Manisa şəhərində anadan olub.

– Birol Akgün hansı təhsili alıb?

– Birol Akgün ilk, orta və ali təhsilini öz şəhərində tamamladıqdan sonra Ankara Universiteti, Siyasi Elmlər Fakültəsinin Dövlət İdarəetməsi ixtisasını (1993) bitirib. 1994-cü ildə Türkiyə Təhsil Nazirliyi tərəfindən rəsmi təqaüdlü olaraq ABŞ-yə magistr təhsili almaq üçün göndərilib. Burada Case Western Reserve Universitetinin Siyasi Elmlər ixtisasında magistr (1996) və Doktorluq dərəcəsini (2000) alıb. Qayıtdıqdan sonra Selçuk Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasında fəaliyyətə başlayıb. Akgün, 2001-ci ildə dosent köməkçisi, 2004-cü ildə dosent və 2009-cu ildə professor dərəcələrini qazanıb.

– Birol Akgünün məqalələri hansı jurnallarda dərc edilib?

– Birol Akgünün məqalələri beynəlxalq elmi jurnallarda, həmçinin Liberal Düşüncə, National Geographic-Türkiyə, 2023, Tezkire, SÜ İİBF Sosial və İqtisadi Araşdırmalar, Strateji Təhlil, Konya Ticarət Birjası jurnallarında dərc olunmuşdur; tərcümələri isə SÜ Hüquq Fakültəsi və İzmir Barosu jurnallarında yayımlanıb. O, Türklər Ensiklopediyası üçün maddə yazıb.

– Birol Akgün hansı mükafatları qazanıb?

– Birol Akgün, 2003-cü ildə “11 Sentyabr, Dəyişən Dünya Tarazlıqları və Türkiyə” mövzusunda apardığı tədqiqatla “Milliyet Qəzeti 2002 Sosial Elmlər Birincilik Mükafatı”nı qazanıb.

– Birol Akgün evlidir? 

– Bəli, Birol Akgün evlidir və iki uşaq atasıdır.

– Birol Akgün hansı əsərlərin müəllifidir? 

– Birol Akgün aşağıdakı əsərlərin müəllifidir:

–  21. Yüzyılın Eşiğinde Türk Dış Politikası (2001)
–  Türkiye’de Seçmen Davranışı – Partiler Sistemi ve Siyasal Güven (2002)
–  Küresel Sistemde Siyaset Yönetim ve Ekonomi (2002)
–  Modern Türkiye’de Siyasi Düşünce: Milliyetçilik (2002)
–  Terörün Görüntüleri, Görüntülerin Terörü (2004)
–  Modern Türkiye’de Siyasi Düşünce: İslamcılık (2004)
–  11 Eylül Sonrasında Dünya, ABD ve Türkiye (2006)
–  Cumhuriyetten İmparatorluğa – Amerikan Başkanlığı (Şaban Tanıyıcı ilə, 2008)
–  Uluslararası Örgütler ve Türkiye (Şaban H.Çalış və Önder Kutlu ilə, 2006)

Post navigation

Previous: İqlim fəalları etiraz olaraq Darvinin qəbrini rəngləyiblər –
Next: Azparkinq vətəndaşa qanunsuz cərimə yazıb?

Oxşar xəbərlər

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37

xƏBƏR

ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ermənistanda müxalifət partiyasının bələdiyyə rəhbərliyinə namizədi Arsen Gevorkyan istintaq təcridxanasında vəfat edib. O, seçkiqabağı rüşvət paylamaqda ittiham...
Read more about Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir? hekim novbe
  • Baş Yazı

Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir?

User 10 Noyabr 2026 - 12:55
Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı? photo_5445373109872566965_y
  • Dünya

Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı?

User 10 Noyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.