İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb

İran
İran

İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb. Nazir Abbas Əraqçi vaxt çatışmazlığından Nyu-Yorka səfər etməyəcək. AzPost bildirir ki, bu barədə “Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, A.Əraqçi Nyu-Yorka gələn həftə səfər etməliydi:

“BMT-də Fələstin, o cümlədən Qəzza zolağında vəziyyət müzakirə olunacaq. Ancaq regionda və Fələstində baş verənlərə görə bu səfər baş tutmayacaq”.

Qeyd edək ki, Əlcəzairin sədrliyi ilə xarici işlər nazirlər səviyyəsində Yaxın Şərq, o cümlədən Fələstindəki məsələlər müzakirə olunacaq. Həmin görüşə İran tərəfi də dəvət olunmuşdu.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.