Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

İnsanlar və robotlar arasında qaçış yarışı keçiriləcək

User 21 Yanvar 2025 - 15:49 (Last updated: 21 May 2025 - 20:15)
robotlar

robotlar

Çində dünyada ilk dəfə olaraq insanlar və insanabənzər robotların birgə yarışacağı qaçış təşkil etmək planlaşdırılıb. AzPost bildirir ki, bu barədə  AZƏRTAC “South China Morning Post” (SCMP) agentliyinə istinadla xəbər verir. Belə ki, marafonun aprel ayında Pekinin Dasin rayonu ərazisində keçirilməsi nəzərdə tutulub.

Nəşrin məlumatına görə, dünya üzrə müxtəlif şirkətlər tərəfindən hazırlanmış humanoid robotlar 12 000 nəfər qaçışçı insanla birgə yarışda iştirak edəcək.

Bu hadisə Çinin süni intellekt və robot texnikasının inkişafı üzrə kütləvi proqramının bir hissəsidir, təşəbbüs isə ABŞ-la texnologiya yarışında ölkənin mövqeyinin möhkəmləndirilməsinə, cəmiyyətin yaşlanması və doğum hallarının azalması kimi problemlərin həllinə yönəldilib.

Yarışda 20-dən çox şirkətin istehsal etdiyi robotlar iştirak edəcək. Təşkilatçılar dünya üzrə araşdırma institutlarını, robot texnikası klublarını və universitetləri də iştirak üçün dəvət ediblər. İstehsalçılardan əsas tələb olaraq robotların maksimum dərəcədə insana oxşaması göstərilib. Onlar, həmçinin təkərlər istisna olmaqla, iki ayaq üzərində gəzə və qaça bilmələri üçün mexaniki strukturla təchiz edilməlidir. Humanoidin boyu 0.5 – 2 metr hündürlüyündə olmalıdır. Yarışda uzaqdan idarə olunan və ya avtonom robotlar iştirak edə, həmçinin yürüş zamanı onların batareyaları dəyişdirilə bilər.

Əldə olunmuş məlumata görə, bu unikal yarışın məsafəsi 21 kilometrdir. Üç ən yaxşı iştirakçı mükafat qazanacaq.

“Pekinin iqtisadi-texnoloji inkişaf rayonu tərəfindən təqdim edilən şərtlərə əsasən, bütün dünya üzrə şirkətlər, elmi-araşdırma institutları, robot texnikası klubları və universitetlər marafonda iştirak edəcəklər” – deyə məlumatda qeyd olunub.

Post navigation

Previous: Trampın andiçmə mərasimindən maraqlı FOTOLAR
Next: Keşlə dəmiryol stansiyası: Qatarlar burda niyə saxlamır?

Oxşar xəbərlər

tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.