Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Bu qaydada getsək, ikirəqəmli inflyasiya olmayacaq – Ekspert

Orkhan Ali 22 Yanvar 2025 - 20:41 (Last updated: 21 May 2025 - 20:15)
inflyasiya

inflyasiya

“Mərkəzi Bankın 2025-ci il üzrə inflyasiya proqnozu özünü doğrulda bilər, amma 2026-cı ildə inflyasiya səviyyəsi proqnozlaşdırılandan daha yüksək olacaq”. 
Qaynarinfo-ya açıqlamasında bunu iqtisadçı ekspert Fuad İbrahimov Mərkəzi Bankın 2025-2026-cı illər üzrə elan etdiyi inflyasiya proqnozlarını şərh edərkən deyib:
“2025-ci ildə tənzimləmə prosesində hər hansı bir qeyri-adi uyğunsuzluq olmayacaq. Azərbaycanda inflyasiyaya idxal amili də təsir edir. İndiki vəziyyətdə isə proses stabilləşməyə doğru gedir. Bu səbəbdən Mərkəzi Bankın cari ilin inflyasiya səviyyəsi ilə bağlı açıqlamasında hər hansı qeyri-ciddi uyğunsuzluq yoxdur. 2026-cı ilə gəldikdə, öncə onu qeyd edim ki, Mərkəzi Bank makroiqtisadi tarazlığı saxlamaqla son 3-4 ildə elastik idarəetmə üsulu ilə bütün neqativ halların aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Amma geostrateji mövqeyimiz elədir ki, qonşu ölkələrdə, regionda cərəyan edən proseslər Azərbaycana da təsir edə bilər. Bu mənada 2026-cı il üçün 3,8 faizlik inflyasiya dərəcəsi bir o qədər də real görünmür. İstisna deyil ki, inflyasiya faizi göstərilən bu rəqəmdən bir qədər çox olsun. Ancaq bu qaydada getsək, ikirəqəmli inflyasiya da olmayacaq”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu açıqlayıb.
Bikdirilib ki, ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza senari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, Mərkəzi Bankın hesablamasına görə, 2025-ci ildə illik inflyasiyanın 5,5, 2026-cı ildə İSƏ 3,8 faiz ətrafında olacağı gözlənilir.

Post navigation

Previous: Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi – 142 min manat ödəməlidir
Next: Bu lombardın meneceri həbs edildi – Özünə kreditlər ayırıb

Oxşar xəbərlər

fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 11 Noyabr 2026 - 09:19

xƏBƏR

erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Antalyada COP31 Liderlər Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş...
Read more about Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb? rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.