Hərbçidən rüşvət alan yol polisləri işdən çıxarıldı

rüşvət alan yol polisləri
rüşvət alan yol polisləri

Rusiyanın Rostov vilayətində hərbçidən rüşvət alan yol polisləri işdən qovulublar.

AzPost Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin regional idarəsi mılymat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, Rostov-Don yolunda yol polisi müfəttişləri avtomobilin sürücüsündən rüşvət tələb ediblər. Sükan arxasında olan hərbçidən 25 min rubl (433 AZN) rüşvət alıb.

Yoxlamalardan sonra yol polisləri işdən uzaqlaşdırılıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.