Neymar təqdimat mərasimində ağladı

Neymar
Neymar

Braziliyanın “Santos” klubu yeni transferi Neymarı ictimaiyyətə təqdim edib. AzPost Ölkə.Az-a  istinadla xəbər verir ki, 33 yaşlı futbolçu təqdimat mərasimi zamanı emosional anlar yaşayıb. Yetirməsi olduğu klubun azarkeşləri önünə çıxan braziliyalı hücumçu Neymar göz yaşlarını saxlaya bilməyib.

Tədbir zamanı stadion tam olaraq dolub. Tribunalara toplaşan fanatlar futbolçunun adını qışqıraraq, onun qayıdışını böyük coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə “Santos”un əsas komandasında çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə ilə yadda qalıb. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan transfer olunan hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.