Daha bir plastik cərrahın lisenziyası ləğv edildi.
“Azər-Türk Med” klinikasında plastik cərrah kimi faliyyət göstərən Təbəssüm Qurbanovanın da lisenziyası ləğv edilib.
AzPost lent.az-a istinadla xəbər verir ki, Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı açdığı üçün medianın gündəminə gəlmişdi.
Təbəssüm Qurbanovanın Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohumu olduğu bildirilir. Bununla da daha bir plastik cərrahın lisenziyası ləğv edildi.
Qeyd edək ki, bundan əvvəl plastik cərrahlar – Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova, Şövkət Əliyeva, Dilqəm Məhərrəmov və Nərgiz Əhmədovanın lisenziyalarının ləğv edildiyi haqda məlumat yayılmışdı.