Baş Prokurorluq plastik cərrahlarla bağlı müraciət edib

plastik cərrahlarlar
plastik cərrahlarlar

Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə plastik cərrahlar ilə bağlı müraciət edib. Baş Prokurorluqdan AzPost-a verilən məlumata görə, müraciətdə deyilir:

Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.

Xəbər verdiyimiz kimi, vətəndaşlardan plastik cərrahlar ilə bağlı daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.

Bu məqsədlə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.

Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq.

Xatırladaq ki, son günlər plastik cərrahların fəaliyyəti gündəm mövzusudur. Buna səbəb bu sahədə olan ciddi nöqsanlarla, hətta ölüm halları ilə bağlı vətəndaş müraciətləri və plastik cərrahiyyə ilə məşğul olan bəzi həkimlərin tibb təhsil sənədlərinin olmaması və ya saxta olmasıdır. Bir neçə həkimin plastik cərrah kimi fəaliyyət göstərməsi üçün saxta sənədlər əldə etdiyi iddia edilib.

Ayrı-ayrı mətbuat orqanının əldə etdiyi məlumata görə, məşhur plastik cərrahlar, “Milan VİP” hospitalın həkimi Könül Ağamirova, “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyeva və estetik cərrah Sevinc Heydərovanın da adının lisenziyası ləğv edilənlərin siyahısında olduğu bildirilib.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.