DYP əlverişsiz hava ilə bağlı xəbərdarlıq edib

DYP xəbərdarlıq edib
DYP xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib.

AzPost xəbər verir ki, xəbərdarlıqda əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.

Bildirilib ki, BDYPİ əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.

“Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur”, – xəbərdarlıqda qeyd olunub.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.