Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Zərdabda müəllim məktəbə qayıqla gəlir –

User 11 Fevral 2025 - 16:10 (Last updated: 21 May 2025 - 20:15)
muellim qayiq esas

Zərdabda müəllim məktəbə qayıqla gəlir

Zərdab rayonunda müəllim məktəbə qayıqla gedib gəlir.

AzPost bildirir ki, bu barədə “Azərbaycan müəllimi” qəzetindəki məqalədə deyilir.

Rayonun Ağamalılar kəndində rus dili müəllimi işləyən Mübariz Rüstəmov 1966-cı ildə Zərdabın Ağabağı kəndində doğulub. Ali təhsilini M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda alıb.

1992-ci ildən isə İmişli rayonunun Ağamalılar kəndində çalışır. Burada onu hər gün bir sınaq gözləyir: məktəbə getmək üçün Kür çayını keçmək.

“Təyinatımı Zərdabın ucqar kəndinə vermişdilər. Lakin sonradan öyrəndim ki, bizimlə qonşu olan İmişlinin Ağamalılar kəndində rus dili müəlliminə ehtiyac var, ona görə də iş yerimi bura dəyişdim. Bizim kəndin məktəbi ibtidai məktəbdir. Kəndimizin uşaqları ibtidai məktəbi bitirdikdən sonra bir qədər aralıda yerləşən Kəndəbil kənd tam orta məktəbinə gedirlər”. – deyir Mübariz müəllim.

Kənddə 2010-cu ilə qədər Kürü keçmək üçün bərə olub, lakin daşqın bərəni yuyub apardıqdan sonra yenidən bərpa etmək mümkün olmayıb. Lakin Mübariz müəllim deyir ki, bərə olan vaxtı da o dərs deməyə qayıqla gedib-gəlirdi, çünki bərənin yeri uzaqda idi…

“Ata-babalarımız balıqçılıqla məşğul olub. Kənddə çox adamın qayığı var. Orada işi olan digər insanlar da qayıqla gedib-gəlirlər. Çayın hər iki tərəfi meşəlikdir. Mən bu meşəlikdən keçərək işə gedirəm. Qayığı özüm düzəltmişəm. Suda qalıb çürüdüyü üçün hər 3 ildən bir onu təzələyirəm. Əsasən küləkli havalarda dalğa olduğu üçün təhlükəli olur. Bəzən gedəndə görürəm ki, külək qayığı aşırıb, içi su ilə dolub. Məktəbimiz beşgünlükdür və mən hər gün dərsə gedib-gəlirəm. Artıq öyrəşmişəm, mənim üçün qorxulu deyil”.

O, ötən il müəllimlərin sertifikatlaşdırmasından da uğurla keçib. Lakin tədrislə bağlı çətinlikləri də var: “Məktəbimizdə kompüter və printer olmadığı üçün müəyyən çətinlik yaşayırıq. Xüsusən summativləri hazırlamaq, çap etmək olmur. Bu baxımdan kömək olunsa, yaxşı olardı”.

 

 

Post navigation

Previous: Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb
Next: “Kriptovalyuta fırıdağı” –

Oxşar xəbərlər

Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36

xƏBƏR

park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
Yeni araşdırmaya görə, parklara müntəzəm baş çəkmək uşaqların psixi sağlamlığına və böyüdükcə sosial bacarıqlarının inkişafına müsbət təsir...
Read more about Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası
“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP putin tramp
  • Dünya

Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP

User 16 Noyabr 2026 - 18:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.