Dubaydan 5 milyonluq brilyant gətirən şəxs tutuldu

Rusiyalı qadın Dubaydan ölkəyə qeyri-qanuni yollarla ümumilikdə 5 milyon rubl dəyərində brilyant gətirməyə cəhd edib.

AzPost xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin (FCS) mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Departament bildirib ki, qadın Moskvanın Domodedovo hava limanında təsadüfi yoxlamalar zamanı “yaşıl” dəhlizdə saxlanılıb. Gömrükçülər skanerdən istifadə edərək onun çantasında üzük və saat olduğunu aşkar ediblər. Sərnişin zinət əşyalarını ərinin ona verdiyini və bunun neçəyə başa gəldiyini bilmədiyini bildirib.

Federal Gömrük Xidməti əşyaları ekspertizaya göndərib. Məlum olub ki, saatın və üzüyün 750 karatlıq qızıldan hazırlanıb və üzərində 323 brilyant var.

Federal Gömrük Xidməti bildirib edib ki, strateji əhəmiyyətli malların qaçaqmalçılığına görə sərnişin beş ilədək həbs və bir milyon rubla qədər cərimə ilə üzləşə bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.