Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Rövşən Əsgərov beynəlxalq axtarışa verildi

Orkhan Ali 25 Fevral 2025 - 15:00 (Last updated: 21 May 2025 - 20:15)
Rövşən Əsgərovun

Rövşən Əsgərovun

Rusiyada məhkəmə keçmiş “Nə? Harada? Nə vaxt?” viktorinasının qalibi Rövşən Əsgərovun barəsində qiyabi həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb. Agentliyini məlumatına görə, R.Əsgərov barədə yeniliyi Rusiya İstintaq Komitəsinin (İK) Nasizmin reabilitasiyası və vətən tarixinin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması şöbəsinin rəhbəri Aleksandr Pastuxov Federasiya Şurasının iclasında bildirib.

Qeyd edək ki, hələ 2022-ci ildən Rusiya Ədliyyə Nazirliyi onu xarici agent kimi tanınıb, “Rosfinmonitorinq” tərəfindən isə o, terrorçular və ekstremistlər siyahısına daxil edilib.

R.Əsgərovun təqsiri 4 dəfə Sovet İttifaqı Qəhrəmanı marşal Georgi Jukov haqqında tənqidi fikirlər səsləndirməsi, onu qarətçi adlandırması olub.

Qeyd edək ki, 1946-48-ci illərdə Stalinin göstərişi ilə marşal Jukova və daha 11 generala qarşı “Qənimət işi” adlı cinayət işi başlanıb və istintaq ortaya çıxarıb ki, marşal və generallar Almaniyadan SSRİ-yə böyük həcmdə qarət olunmuş əşyalar, bahalı məmulatlar gətiriblər. Həmin generallardan 3-ü güllələnib, 3-ü 25 il həbs cəzasına məruz qalıb, marşal Jukovu isə müdafiə nazirinin müavini postundan götürüb Odessa hərbi dairəsinə komandan vəzifəsinə göndəriblər.

Bundan başqa, Rusiya İstintaq Komitəsinin yuxarıda adı çəkilən şöbəsinin müdiri bildirib ki, məhkəmə qiyabi həbs üçün litvalı millətçi Valdas Bartkeviçiusa həbs cəzası verib. Onu Ukrayna ordusunun Kursk vilayətinə daxil olmasına və Moskva yaxınlığındakı konsert salonunda terror aktına haqq qazandırmaqda təqsirli sayırlar.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyada məhkəmə “Nə? Harada? Nə vaxt?” intellektual yarışmasının üzvü olmuş Rövşan Əsgərova 130 min rubl məbləğində cərimələrin ödənilməməsi ilə bağlı yeni araşdırma başladıb. “RİA Novosti” xəbər verir ki, sonuncu belə araşdırma bu ilin fevralında başlayıb. Əvvəllər məhkəmə Əsgərovu 3 dəfə cərimələyib.

Post navigation

Previous: Ölkədə dərslər onlayn keçiriləcək?
Next: Bakı şəhərinin 81 faizi fasiləsiz su ilə təmin olunur

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
19 Noyabr – Dünya Qadın Sahibkarlığı Günüdür. Qadın sahibkarlığı artıq yalnız gender bərabərliyi və sosial fəallıq məsələsi...
Read more about Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər
Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
“Krım körpüsünə hücumlardan sonra heç bir razılaşma olmayacaq” – Putin putin
  • Dünya

“Krım körpüsünə hücumlardan sonra heç bir razılaşma olmayacaq” – Putin

User 19 Noyabr 2026 - 17:05
ABŞ İrana hücum etməkdən niyə çəkinir? – “Axios” abs iran savas
  • Dünya

ABŞ İrana hücum etməkdən niyə çəkinir? – “Axios”

User 19 Noyabr 2026 - 16:54
FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir? fifa kubok
  • İdman

FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?

User 19 Noyabr 2026 - 16:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.