Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanda bu mal-qara bazarının iş günü dəyişdirilib

Orkhan Ali 25 Fevral 2025 - 17:40 (Last updated: 21 May 2025 - 20:15)
mal-qara

mal-qara

Biləsuvar rayonunda fəaliyyət göstərən iri və xırdabuynuzlu heyvanların satış məntəqəsinin (Biləsuvar mal-qara bazarı) iş günü dəyişdirilib.

Bu barədə İqtisadiyyat.az-a bir qrup sahibkar məlumat verib.

Məlumata görə, bu qərar bazarda alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar sahibkarların müraciəti əsasında qəbul edilib.

Belə ki, bazar indiyədək yalnız həftənin 6-cı günü fəaliyyət göstərib. Amma digər qonşu rayonların mal-qara bazarları da həmin günü fəaliyyət göstərdiyindən bu, bazarda alıcılıq qabiliyyətinə mənfi təsir edib. Bu səbəbdən bazarda heyvan satışı kəskin şəkildə azalıb. Odur ki, bazarın iş gününün dəyişdirilməsinə qərar verilib.

Hazırda sahibkarların müraciəti əsasında bazarın mənfəətli iş gününün təyin edilməsi ilə bağlı sınaq işlərinə başlanılıb. Belə ki, ötən həftə bazarın iş günü həftənin 3-cü gününə dəyişdirilib, bu həftə isə bazarın fəaliyyəti 5-ci günə təyin olunub.

Aparılan sınaqlardan sonra bazarda alıcılıq qabiliyyətinin yüksəldilməsi üçün vahid iş günü müəyyən olunacaq.

Qeyd edək ki, Biləsuvar hazırki mal-qara bazarı 2021-ci ilin sentyabr ayından rayonun Əliabad kəndində fəaliyyət göstərir. Buraya təxminən 15 rayondan alıcı və satıcılar gəlir. Alqı-satqı mərkəzinin ərazisi 4 hektar sahəni əhatə edir. Əvvəllər sözügedən bazar şəhərin girəcəyində yerləşib. Bazar ərazidə tez-tez tıxaclar olduğuna görə köçürülüb.

Post navigation

Previous: Nazirlərin mart ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ
Next: Maştağada da ağaclar qırılır –

Oxşar xəbərlər

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Noyabr 2026 - 09:20
Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.