Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Maştağada da ağaclar qırılır –

Orkhan Ali 25 Fevral 2025 - 18:09 (Last updated: 21 May 2025 - 20:15)
müəyyən

müəyyən

“Maştağada “Köhnə klub” adlanan ərazidə çoxillik ağacları kəsirlər. Qəsəbədəki Heydər Əliyev parkı ilə birləşən yerdə – poçt, polis bölməsi və vağzala yaxın hissədə artıq ağaclar kəsilib və məhv edilib. Maştağada illərdir əkilmiş qocaman ağaclardan heç nə qalmayıb”.
Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.
Onların sözlərinə görə, axşamlar işıqlar söndürülür və qaranlıqda ağacları məhv edirlər ki, sakinlər görə bilməsinlər: “Həmin ərazidə 40-50 yaşında ağaclar var idi. Başladılar orada obyekt tikməyə. Obyektə görə o ağaclardan təxminən 20-25-i kəsildi. Əvvəlcə budadılar ki, hiss olunmasın, sonra kəsməyə başladılar. Hamısı da zeytun və şam ağacları idi. Bu məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi vacibdir. Bu qanunsuzluğu edən cəzalandırılmalı, digər ağaclar xilas edilməlidir”.
Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, sözügedən ərazidə qanunsuz ağac kəsintisi faktı aşkar edilib: “Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.
Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

Post navigation

Previous: Azərbaycanda bu mal-qara bazarının iş günü dəyişdirilib
Next: Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.