Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Sosial

“Azəriqaz”dan narazılıq: 4 gündür qazımız yoxdur

Orkhan Ali 26 Fevral 2025 - 12:00 (Last updated: 21 May 2025 - 20:15)
Azəriqaz

Azəriqaz

Vətəndaş Orxan Nağı Azəriqaz İB-dən şikayətçidir. AzPost xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“4 gündür qazın verilməsində problem var və dəfələrlə zəng edərək şikayət etməyimə baxmayaraq, nəticə yoxdur. Zəng edən yoxdur, gəlib baxan yoxdur. Qonşularda da eyni problem var. Mail adreslərinə şikayət də yazmışam, amma ona da geri dönüş olunmur. Evdə 2 körpə var və hal-hazırda evin soyuq olması, isti su olmaması səbəbindən ailəmi  qayınatamgilə yollamışam. Verilən qaz ilə su belə qaynatmaq mümkün deyil. Ödənişli xidmətdən xidmət görə bilmirəm. Nə vaxt zəng edirəm, “şikayətiniz qeydə alındı” və son. Hər zəngimdə başqa operatora problem izah etməkdən bezdim. Əvvəl közərmə olsa da, hal-hazırda ümumiyyətlə, qaz kəsilib”.

Vətəndaş bildirir ki, əvvəllər bu cür problemlər olduqda aidiyyəti üzrə müraciətlərə baxılırdı. “İndi dərdimizi kimə deyək, bilmirəm, amma görünən odur ki özbaşınalıqdır. Ödəniş olunmazsa,  Azəriqaz əməkdaşları gəlib dərhal xidməti dayandırarlar. Amma mən  ödəniş edirəm. Şikayətlərimin hər biri qənd kimi suda əridi, getdi” – deyə vətəndaş bildirib.

Vətəndaşın qaz sayğacının kodu: (011403600004070)

Əlavə olaraq oxu:

Qaradağ rayon sakini Artamonov Denis İqor oğlu  sosial şəbəkələrdə video paylaşaraq aidiyəti dövlət qurumuna müraciət edib.

AzPost xəbər verir ki, vətəndaş idda edir ki, qaz sayğacına görə 1600 manat cərimə olunub. Belə ki, sayğacın möhürü qırıldığı üçün qaz istismar idarəsinin əməkdaşları ona cərimə yazıblar.

Vətəndaş deyir ki, sayğac evin və həyətin daxilində deyil. Küçədə qoyulan sayğaca görə isə o cavabdehlik daşımır.

Qarabağ müharibəsi qazisi olduğunu deyən Denis ona cərimənin qanunsuz yazıldığını bildirir və aidiyyəti dövlət orqanlarının ona kömək etməsini xahiş edir.

Post navigation

Previous: Göygöldə hamilə qadın bətnindəki körpə ilə xəstəxanada ölüb
Next: “Tramp Ukraynaya Amerika hərbçilərini göndərməyəcək” –

Oxşar xəbərlər

memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
kart alis veris
  • Sosial

Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda

User 05 Noyabr 2026 - 20:47
kiber firildaq
  • Sosial

Dünyada bank hesablarından milyonlar oğurlanır – Kibercinayətkarlar hansı üsullara əl atır?

User 05 Noyabr 2026 - 20:16

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.