“Tramp Ukraynaya Amerika hərbçilərini göndərməyəcək” –"The Wall Street Journal"

ABŞ prezidenti Trampın Ukrayna ilə bağlı sülh sazişinə hərbi yardım zəmanəti və ya ABŞ-ın Ukraynaya Amerika personalı göndərmək öhdəliyini daxil etməyəcək.

AzPost bildirir ki, bu barədə  “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, ABŞ həmçinin sülh sazişi bağlandıqdan sonra Ukraynaya göndərilə biləcək Britaniya və Fransa sülhməramlılarına hərbi dəstək verməyi planlaşdırmır.

Fransanın maliyyə naziri Erik Lombar isə Bloomberg-ə bildirib ki, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri atəşkəsə zəmanət vermək üçün Ukraynaya qoşun göndərməyə hazırdır.

Erik Lombar Bloomberg-ə müsahibəsində vurğulayıb ki, o, Ukrayna və Rusiya arasında atəşkəs razılaşması əldə olunan kimi ABŞ-ın sülhü qorumaq üçün Avropa qoşunlarına dəstək verəcəyini gözləyir: “Əgər atəşkəsin saxlanmasını istəyiriksə, ABŞ-ın dəstəyinə ehtiyacımız var. İnanıram ki, amerikalılar bunu etməyə razılaşıblar”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.