Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

“Kişi sözü”nün ikinci hissəsini hazrlayıram… Nazirlik kinonun evini yıxdı”-

User 28 Fevral 2025 - 17:29 (Last updated: 21 May 2025 - 20:15)
2

“Kişi sözü”nün ikinci hissəsini hazrlayıram… Nazirlik kinonun evini yıxdı”

Kinorejissor, aktyor, ssenarist Cahangir Mehdiyev musavat.com-a müsahibə verib.

Hər kəsin yaddaşında “Kişi sözü” filmindəki Niyaz obrazı ilə qalan rejissorla söhbətimizə elə bu mövzudan başladıq. Əməkdar incəsənət xadimi bildirdi ki, filmin ikinci hissəsinin ssenarisi üzərində işləyir.

AzPost müsahibəni təqdim edir.

-Həm yaradıclığımla bağlı kitab yazıram, həm də “Kişi sözü” filminin ikinci hissəsinin ssenarisini hazırlayıram. Bu kitabı yazıb bitirəndən sonra dünyamı dəyişəcəm. Nə qədər tez yazsam, o qədər də tez öləcəyəm.

-Niyə belə bədbin fikirləşirsiniz?

-Nə bilim. Bu həyatda bir arzum qalıb, o da mənim şərəf və qürurumla bağlıdır. Hamı söz verir, amma heç kim kömək etmək istəmir.

-Bu arzu nə ilə bağlıdır ki?

-Onu deyə bilmərəm, sirdir. Bu haqda kitabımda yazacağam. Abbasqulu Ağa Bakıxanov haqqında film çəkmişdim. Onun da mənim kimi arzusu var idi.  İllərlə gözlədi, ölümünə yaxın arzusuna çatdı. İndi bilmirəm, mən arzuma çatıb öləcəyəm, yoxsa çatmamış öləcəyəm.

-Bu hansısa fəxri ad istəyi ilə bağlıdır?

-İndidən demək istəmirəm.  Mənə ad lazım deyil, 25 il bundan qabaq ulu öndərdən “Əməkdar incəsənət xadimi” adını almışam. Bu, mənə kifayətdir. Vaxt gələr deyərəm.

-Dediniz ki, “Kişi sözü” filminin ikinci hissəsini çəkmək istəyirsiniz. Aktyor heyətindən ağlınızda kimlər var?

-Həmin filmdən bir mən sağam, bir oğlum, bir də Sənubər İsgəndərli sağdır. Ssenaridə 44 günlük müharibəyə böyük yer ayırmışam.

Mən “Papaq” filmini Şuşada çəkmək istəyirdim. Sonradan Şəkini seçdim. Azad olunandan sonra da Şuşaya getdim, daha da gözəlləşib.

-Kinosuz qalmaq sizi darıxdırmır ki?

-İndi kinonun əvvəlki vəziyyəti deyil. Kinostudiyada fəaliyyət yoxdur.

-Kinostudiyaya gedib gəlirsinizmi?

-Mən Peşəkar Kinorejisorlar Gildiyasının idarə heyətinin üzvüyəm. İclasdan iclasa gedirəm.

–  “Kişi sözü” filmindəki tərəf-müqabiliniz, aktrisa Sənubər İsgəndərli ilə əlaqəniz varmı?

-Bayramlarda telefon əlaqəsi saxlayırıq. Qismət olsa, ikinci filmə çəkərik.  O da ssenari üzərində işlədiyimi bilir. Gərək müharibələrə son qoyulsun, sülh müqaviləsi bağlansın ki, incəsənət və kino dirçəlsin. Ümumiyyətlə, kino ilə bağlı ayrıca qurum olmalıdır. Mədəniyyət Nazirliyinin balansına keçəndən sonra kinonun taleyi döndü.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini ekranlaşdırmaq istəyirdim. Nazirlik pul ayırmadı, dedilər o yoxdur, bu yoxdur. Onlar kinodan başqa hər şeylə məşğul olurdular. Nazirlik kinonun evini yıxdı. Nazirin qəbuluna düşə bilmədim, boş vədlər verirdilər.

-Bu günlərdə başınızı necə qatırsınız?

-Mütaliə edirəm, çıxışlara qulaq asıram.

-Yolunuzu davam etdirən varmı?

-Oğlum, rejissor  Elnur Mehdiyev mənim davamçımdır.

– Yeri gəlmişkən , indi kişilər sözünü tuta bilirmi? 

– Əsas əməldir, söz deyil. Məsələn, Paşinyan sözünü tuta bilmir. Sülh istədiyini deyir, sonra da Ermənistanı silahlandırır. Bizim prezident isə deyir ki, sözümüz imzamızdır.

– 2011-ci ildən Milli Olimpiya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışırsınız. Bununla bağlı işlər nə yerdədir?

– Davam edir. Rəhbərlik edirəm. İdmanla bağlı yaxşı filmlər çəkmişik. Mən əməkdar məşqçiyəm. İdmanla məşğul olmuşam. Məşqçi kimi dünya çempionu hazırlamışam. İdman mənim yaradcılığımın ayrılmaz hissəsidir. Prezident haqqında film də çəkmişdim. Mən yeganə adamam ki, həm əməkdar məşqçiyəm, həm də əməkdar incəsənət xadimiyəm. Cavan vaxtlarımda dünya çempionu hazırlamışam.  İdman mənim həyat tərzim idi.

– Bəs indi necə, idmanla məşğul ola bilirsinizmi?

– İndi ağır idmanla yox, bədən tərbiyəsi ilə məşğul oluram. Bu yaşda nailiyyətlər əldə etmək çox çətindir.

Post navigation

Previous: XİN Ermənistanın iddialarını rədd edib
Next: “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Oxşar xəbərlər

suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28

xƏBƏR

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Azadlıq” mükafatına layiq görülüb. Mükafatın əslində “İran xalqı”na verildiyi bildirilir. Bu...
Read more about Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.