Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Türkiyədən Naxçıvana qaz ixrac ediləcək

Orkhan Ali 02 Mart 2025 - 17:47 (Last updated: 21 May 2025 - 20:15)
Qaz

Qaz

İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub. “A Haber” xəbər verir ki, bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar danışıb.

Onun sözlərinə görə, İğdır-Naxçıvan boru kəmərində son tamamlanma işləri aparılır. Nazir əlavə edib ki, gələn həftə istifadəyə veriləcək  boru kəmərinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Eyni zamanda tədbirə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri də qatılacaq. 

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr mavi yanacaq ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.

Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. (Bizim media)

Post navigation

Previous: İsrail Qəzzaya humanitar yardımların buraxılmasını dayandırıb
Next: Biləsuvardakı silahlı insidentin təfərrüatları

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.