İsrail Qəzzaya humanitar yardımların buraxılmasını dayandırıb

Qəzzada
Qəzzada

İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb. AzPost APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

İsrail Baş naziri humanitar yardımların dayandırılmasına qərar verib

Qeyd edilib ki, İsrail Baş naziri Binyamin Netanyahu əsir və girovların mübadiləsinə dair razılaşmanın birinci mərhələsinin başa çatması və HAMAS-ın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifini qəbul etməməsi ilə əlaqədar belə qərar verib. Bu gün səhərdən Qəzzaya bütün humanitar malların və yüklərin daşınması dayandırılıb.

İsrail və HƏMAS arasında əsir və girovların mübadiləsi ilə bağlı razılaşma pozulub

Qeyd edək ki, HAMAS İsrailin razılaşmanın bütün əsir və girovların azad olunması və tam atəşkəs elanını nəzərdə tutan ikinci mərhələsinə başlamaq istəmədiyi üçün Stiven Uitkoffun təklifini qəbul etmədiyini açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.