Bakıda bir evə 1000 nəfəri “yerləşdirdi”- ŞOK cinayətin üstü açıldı

Polis
Polis

Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib. AzPost “Qafqazinfo“ya istinadla xəbər verir ki, hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.

Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.

H.Kazımov da ifadəsində 1 000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov dörd sutkalıq həbs edilib.

akin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə –
50-100 manat cərimə;
15 günədək müddətə inzibati həbs.
Xırda xuliqanlıq edildikdə müvafiq orqan inzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasını tətbiq etmək hüququna malikdirlər.
Müvafiq orqanlara xuliqanlıq edilməsi mahiyyətində şikayət ərizəsi ünvanlandıqda orada şəxs xuliqanlıq törətmiş şəxsin onun mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurduğunu, cəmiyyətdə insanlar arasında formalaşmış qaydaların pozulduğunu göstərməlidir.
Habelə, həmin hərəkətlərin edilməsi zamanı həmin şəxsə qarşı zor işlədilməsi və ya zor işlətmə hədəsinin olduğu, yaxud şəxsin əmlakının məhv zədələnməsi, əmlakının məhv edilməısi halları göstərilməlidir. Əgər şəxsə qarşı sadalanan hərəkətlərdən ən azı biri yoxdursa, bu zaman bu cinayət yox, xırda xuliqanlıq hesab edilməlidir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.