Smartfondan 3 gün imtina beyninizə belə təsir edəcək –Alimlərin yeni kəşfi

Smartfondan imtina
Smartfondan imtina
Smartfonlar həyatımızın bir hissəsinə çevrilib və bir çox insanlar günlərini qadcetsiz təsəvvür edə bilmirlər. Alimlər smartfonların insanlara, xüsusən də beyinə təsirini öyrənir və bəzi sensasiyalı kəşflər edirlər. 
AzPost “Kompüterlər İnsan Davranışında” nəşrinə istinadən xəbər verir ki, smartfondan 3 gün imtina etmək beyninizə necə təsir göstərə bilər.

Heydelberq və Köln Universitetlərinin tədqiqatçıları könüllüləri eksperimentdə iştirak etməyə dəvət edərək, onlardan smartfon istifadələrini 72 saat məhdudlaşdırmağı xahiş ediblər. Müşahidə zamanı onlar iştirakçıların beyin fəaliyyətindəki dəyişiklikləri qeydə almaq üçün maqnit rezonans tomoqrafiyası (MRT) və psixoloji testlərdən istifadə ediblər.

MRT zamanı iştirakçılara telefonlarla əlaqəli şəkillər və həmçinin neytral şəkillər göstərilib. Nəticələr göstərdi ki, telefonlarla əlaqəli şəkillər insanların beyninin mükafat və ehtirasla əlaqəli sahələrini aktivləşdirməyə səbəb olur. Bu, beynin müəyyən maddələrə – nikotin və ya spirtə asılılığa necə reaksiya verdiyinə bənzəyir.

Əslində, bu nəticə göstərir ki, smartfonlar asılılıq yarada bilər və dopamin və serotonin sistemlərinə təsir edə bilər.

Bununla belə, psixoloji testlər iştirakçıların əhval-ruhiyyəsində ciddi dəyişiklik göstərməyib. Əksinə, bəzi könüllülər əhvallarının yaxşılaşdığını bildirdilər. Baxmayaraq ki, bu tendensiyanın heç bir elmi sübutu yoxdur.

Alimlər indi smartfon istifadəsinin beyində niyə belə dəyişikliklərə səbəb olduğunu müəyyən etmək üçün əlavə araşdırmalar aparmağı planlaşdırırlar.

Onlar həmçinin qeyd edirlər ki, gələcək tədqiqatlarda iki amili – smartfondan istifadə etmək istəyi və sosial qarşılıqlı əlaqə istəyini ayırd etmək vacibdir, çünki bu iki aspekt əlaqəlidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.