Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Vətən müharibəsi iştirakçısı icra hakimiyyətindən şikayətçidir –

Orkhan Ali 12 Mart 2025 - 20:31 (Last updated: 21 May 2025 - 20:15)
tia_8b6261b6b7426f419e8af28bfb44aa56_p92hwbgafixnv6tqmur4-645x430

Gəncə şəhər sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı işsizlikdən və ona diqqət ayrılmamasından şikayətçidir.

Bununla bağlı Oxu.Az-a müraciət ünvanlayan Arzu Müşfiq oğlu Əsədov Gəncə şəhərinin Poçt qəsəbəsində, Şəki küçəsi, ev 64-də yaşadığını bildirib.

O qeyd edib ki, 44 günlük müharibədə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə sol ayağından iki snayper gülləsi yarası alıb:

“Hazırda hər iki ayağım yaralıdır. Səhhətimdə problemlər var. Təəssüf ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən mənə kömək olunmur, deputatımız maraqlanmır. Kirayədə qalıram və kirayə pulunu ödəyə bilmirəm. Əlilliyimlə bağlı heç yerdə işə götürmürlər. İki aylıq südəmər övladım var. Mənə kömək edən yoxdur”, – deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Oxu.Az-ın sorğusuna cavabı lakonik olub:

“Vətən müharibəsi iştirakçısı Arzu Müşfiq oğlu Əsədov rəsmi müraciəti əsasında Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış yerinə ehtiyacı olan qismində mənzil uçotuna alınıb”.

Məsələ ilə bağlı “YAŞAT” Fondundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsi əlili Arzu Müşfiq oğlu Əsədovun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə əsasən, 17 mart 2021-ci il tarixində bank hesabına 2500 AZN məbləğində vəsait köçürülüb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bütün əhali sığorta olunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaq hüququna malikdir.

Bu səbəbdən fondun əhatə dairəsinə daxil olan şəxslərin də müalicə məsələləri ilə əlaqədar ərazi üzrə tibb müəssisəsinə müraciət etmələri tövsiyə olunur (“1542” çağrı mərkəzi). Fond tərəfindən yalnız İcbari Tibbi Sığorta çərçivəsində təmin olunmayan tibbi xidmətlərlə (stomatoloji xidmətlər istisna olunmaqla) bağlı müraciətlərə baxılır.

Eyni zamanda, şəxsin müraciətində qeyd etdiyi işlə təmin olunma məsələsi fondun səlahiyyətləri xaricindədir. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilə bilər (“142” çağrı mərkəzi).

Vətəndaş “YAŞAT” Fonduna dərman vasitələrilə təminat və İTS-in xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlər üzrə müvafiq sənədlərini təqdim etməklə, “8110” çağrı mərkəzi vasitəsilə, yaxud yashat.gov.az elektron portalı üzərindən müraciət edə bilər”, – deyə məlumatda vurğulanıb.

Post navigation

Previous: ABŞ nümayəndə heyəti Moskvaya yola düşüb –
Next: Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib –

Oxşar xəbərlər

pensiya esas
  • Baş Yazı

Pensiya sistemində ciddi dəyişiklik – Dövlətin pulu azalıb, ödənişlər artır / TƏHLİL

User 13 Noyabr 2026 - 12:32
britaniya azeri esas foto
  • Baş Yazı

Azərbaycan və Britaniya strateji tərəfdaş oldu – London Bakıda nə axtarır? / TƏHLİL

User 13 Noyabr 2026 - 12:04
menzil
  • Baş Yazı

MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR

User 13 Noyabr 2026 - 09:22

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.