Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb.

H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb.

Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin Sabunçu RPİ-nin əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.