Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Nikahdankənar doğulan uşaqların hüquqları məhduddur?

Orkhan Ali 14 Mart 2025 - 22:02 (Last updated: 21 May 2025 - 20:15)
resize (5)

Azərbaycanda ailə münasibətləri və uşaqların hüquqları mövzusu hər zaman aktual olaraq qalır. Xüsusilə də nikahdan kənar dünyaya gələn uşaqların hüquqlarının qorunması məsələsi bir çox cəhətdən diqqət tələb edir. Qanunlar bu uşaqların hüquqlarını təmin etsə də, cəmiyyətin yanaşması hələ də tam olaraq dəyişməyib.

Bəs, qanunla təmin edilən bərabərlik cəmiyyət tərəfindən də qəbul edilirmi?

Yenisabah.az məsələni münasibətlər üzrə mütəxəssis Elnarə Kərimova ilə müzakirə edib. Ekspert bir sıra məqamları oxucularımızla bölüşüb:

“Əvvəlcə onu demək lazımdır ki, nikahdankənar və rəsmi nikahı olan cütlüklərin dünyaya gətirdiyi uşaqların hüquqları arasında qanunla heç bir fərq yoxdur. Xüsusilə miras, uşağın böyüdülməsi, təmini xərclərinin ayrılması məsələsində hüquq və vəzifələr eynidir. Amma təbii ki, nikahdankənar doğumda bəzi hallarda atalıqdan imtina zamanı atalığın müəyyən edilməsi məsələsi tibbi-hüquqi müstəviyə daşınır. Yəni qadın atalığın müəyyən edilməsi üçün bu prosedurlara baş vurmalı olur ki, bu da kifayət qədər problemli məsələdir. Ancaq atalıq müəyyən edildikdən sonra həmin uşaq da rəsmi nikahda dünyaya gələn uşaqlarla eyni hüquqa malik olur.

Bu, qanun qarşısında olan bərabərlikdir, təəssüf ki, cəmiyyət qarşısında bu bərabərliyi təmin etmək mümkün olmur. Cəmiyyət ata-ananın günahının yükünü həm də uşağa yükləyir. Psixoloji baxımdan belə uşaqlar özlərini təzyiq altında hiss edir, “istənilməyən övlad” olaraq görür, sosial adaptasiya çətinliyi yaşayır. Bu da həm onların, həm də cəmiyyətin gələcəyi üçün narahatlıq doğurur. Bu travma ömür boyu onları izləyir, həyatlarının müxtəlif mərhələlərində çətinlik qarşısında qoyur, son nəticədə cəmiyyətə qarşı aqressivliyi artırır. Bu baxımdan, ətraf, cəmiyyət və məktəb xüsusilə diqqətli davranmalı, belə uşaqlara münasibətdə hansısa fərqlilik hiss etdirməməlidir”.

E.Kərimova digər bir vacib məqamı da diqqətə çatdırıb:

“Ancaq nikahdankənar uşaq məsələsində diqqətə alınmalı bir məqam da var. Bəzən cütlüklər uzun illər bir yerdə yaşayır, rəsmi nikah olmur və dünyaya gələn uşaqlara atalığın verilməsində də heç bir çətinlik ortaya çıxmır. Cəmiyyət və özləri həmin cütlüyü ailə kimi qəbul edir, çox zaman rəsmi nikahın olmamasından xəbərsiz olurlar. Azərbaycanda nikahdankənar doğulan uşaqların əksəriyyəti məhz belə cütlüklər tərəfindən dünyaya gətirilir. Yəni deyilən həmin 15 faiz göstəricisinin əksəriyyəti belə cütlüklərin övladlarıdır. Bunu “vətəndaş nikahı” da, “dini kəbin” də adlandırmaq olar, indi nədənsə daha çox “dini kəbin” deyirlər.

Düşünürəm ki, yaxın qohumlar arasında evliliyin qadağan edilməsi ilk illərdə bu cür dini kəbinləri və ya vətəndaş nikahlarını artıracaq. Yəni bu hesabla nikahdankənar uşaqların sayının artması ehtimalı var. Bu zaman nə edəcəklər? Yaxın qohumlar arasında nikah rəsmiləşdirilməyəcək, çünki qanunla artıq qadağan edilir. Bu birlikdən dünyaya gələn uşaqlar necə olacaq? Onlara doğum haqqında şəhadətnamə verilməsindən dəmi imtina ediləcək? Bu uşaqların hüquqları necə qorunacaq?

Bu məsələlərə aydınlıq gətirilməlidir. Ona görə də gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinə diqqət artırılmalıdır.

Hələlik ölkəmizdə təsadüfi münasibətlərdən uşaq dünyaya gətirilməsi faktları o qədər də çox deyil, hətta mən deyərdim ki, minimaldır. Yəni 15 faiz göstəricisi kiçikdir. Amma xüsusən kişilər arasında rəsmi evlilikdən yayınma cəhdləri artır ki, bunun da fərqli səbəbləri var”.

Post navigation

Previous: Altay Məmmədzadə həbs olunub
Next: “Hökuməti böyük islahatlara başlamağa dəvət edirəm” –

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin...
Read more about Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.