Azərbaycana kərə yağı idxalı kəskin artıb

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 36 milyon 843 min ABŞ dolları dəyərində 5 min 338 ton kərə yağı idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 80% və ya 2370 ton, dəyər baxımından isə 2.4 dəfə və ya 21.3 milyon ABŞ dolları artıb.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0.64%-ni təşkil edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.