Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Azərbaycanda bu nazirliklər BİRLƏŞDİRİLƏ BİLƏR

Orkhan Ali 21 Mart 2025 - 21:01 (Last updated: 21 May 2025 - 20:15)
Sənəd

Sənəd

Artıq bir aydan çoxdur, Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər postu boş qalıb. Yeni təyinatın olmaması bir sıra suallar yaradıb. Son günlər qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilə biləcəyi istiqamətində fikirlər səsləndirilir.

Bu, mümkündür? İş prinsipi baxımından nə qədər real görünür? Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, sözügedən qurumların birləşdirilməsi mümkündür:

“Açığı, Azərbaycanda nazirlik sayı çoxdur. Fikrimcə, bəziləri ilə bağlı tədbirlər görülə bilər. Məsələn, Gənclər və İdman Nazirliyi Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti isə Maliyyə Nazirliyinin tərkibinə daxil edilməlidir. Çoxsaylı dəyişikliklərə ehtiyac var”.

Partiya sədri deyib ki, dövlət idarələrinin effektiv işləməsini təmin etmək üçün büdcəyə qənaət edilməlidir:

“Çoxsaylı nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərinin və ya publik hüquqi şəxslərin yaradılması dövlət büdcəsinə böyük zərbələr vurur. Elə komitələr var ki, onların gördüyü iş Nazirlər Kabinetinin bir şöbəsi qədər deyil. Amma adını nazirlik və ya komitə və sair qoyublar. Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir”.

Post navigation

Previous: Bu yaşda ana olan qadınların 90 yaşına qədər yaşama ehtimalı daha yüksəkdir (ARAŞDIRMA)
Next: Çin lideri Prezident İlham Əliyevi təbrik edib

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.