Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Həkimin başına açılan sensasion oyun: “Xəstən ölüb” deyib 20 min alıblar

Orkhan Ali 27 Mart 2025 - 19:52 (Last updated: 21 May 2025 - 20:15)
1743080750_33f65ed88edc42718dee6c4db4f180c9

Goranboy rayonu, Dəliməmmədli kəndində 3 qohum sözün əsl mənasında həkimin başına oyun açıb. Onlar qurduqları hiyləgər planla həkimin 20 min manata yaxın pulunu ələ keçiriblər.

AzPost Musavat.com-a istinadən xəbər verir ki, kənd sakinləri Eldəniz, İmdad və Ələddin bu cinayəti törədən şəxslərdir. Onların əməlindən ziyan çəkən isə Goranboy rayonu, Dəliməmmədli kəndində Ailə Sağlamlıq Mərkəzində işləyən Natiq adlı həkim olub.

Əvvəlcə qeyd edək ki, adı çəkilən 3 nəfərin hər biri daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıblar.

Bu planı quran Eldəniz olub. Eldəniz qohumları olan İmdad və Ələddinə deyib ki, Natiq həkimin yanına gedib xəstələndiyini deyərək müalicə yazmasını istəyəcək. Eldəniz həmin vaxt bacısıgildə olub və həqiqətən də soyuqdəyməsi var imiş. Natiq həkimin yanına gedərək müayinə olunub, həkim ona bir neçə dərman məsləhət görüb. Bundan sonra Natiq həkimin “qara günləri” başlayıb…

Natiq həkim başına gələnləri belə danışıb:

“Eldənizi müayinə etdim. Ev şəraitində müalicə etdirməyi məsləhət gördüm. Təxminən 1 saat sonra xəstənin bacanağı Kamal adlı (Ələddin özünü Kamal kimi təqdim edib- red.) şəxs zəng elədi. Dedi ki, dərman qəbulundan sonra xəstə şoka düşüb. Xəstəxanaya apardıqlarını bildirdi. Narahat olub vaxtaşırı mənə məlumat verməsini istədim. Yalandan xəstənin qazi olduğunu da dedi. Bildirdi ki, xəstənin həyat yoldaşı onun Bakıya- Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparılmasını tələb edir. Mən də dedim ki, xəstə bu vəziyyətdə uzaq yola çıxmamalıdır. Kamal dedi ki, həyat yoldaşı belə istəyir və təcili yardım maşını ilə danışılıb”.

Bura qədər Natiq həkimdən xəstəxana, dərman və təcili yarım maşınına ödəniş adı ilə 1050 manat alıblar.

İş bununla bitməyib. Natiq həkim deyir:

“Bir neçə gün sonra Kamal yenə zəng edib dedi ki, Eldənizin səhhəti birdən-birə pisləşib və ölüb. Eldənizin ailəsinin imkansız olduğunu, cənazənin ailəyə çatdırılması üçün kömək istədi. 200 manat verdim. Sonra bir qadın zəng edib Eldənizin arvadı olduğunu dedi. Qayınansı ilə yola getmədiyini, iki uşaqla küçədə qaldığını dedi. Yas mərasimi üçün 500 manat istədi, yenə verdim.

1 həftədən sonra bir şəxs zəng edib özünü polis kimi təqdim etdi. Məndən şikayət olduğunu, polisə gəlməli olduğumu dedi. Mən də gəlməyəcəyimi dedim. Gəlməsəm, qolu bağlı gətizdirəcəyini dedi. Ona qədər də Eldənizin ailəsindən özünü onun anası, arvadı, qaynı kimi təqdim edən şəxslər yas xərcləri üçün pul istəyirdilər. Özünü polis kimi təqdim edən şəxs dedi ki, şikayətçiləri razı salmalıyam. Yas xərcləri və məzar daşı üçün 6 min pul verdim. Özünü polis kimi təqdim edən şəxs zəng edib dedi ki, şikayətçiləri razı salıb. Bunun üçün o da məndən 2 min tələb elədi. Onu da verdim”.

Bütün yalanlara inanan Natiq həkim yenə də canını quratara bilməyib. Bu işin üstü açılmasın deyə heç kimə bir söz də deməyib.

Bu dəfə də başqa bəhanə ilə Natiq həkimdən pul alıblar:

“Özünü ölənin qaynı Sərxan (bu dəfə İmdad zəng edib- red.) kimi təqdim edən şəxs zəng elədi. Ölənin ailəsinə baxdığını, xərclərinin çıxdığını dedi. Uşaqları Rusiyaya aparacağı üçün bilet pulu istədi. 840 manat pul verdim. Başqa-başqa yalanlara da inanıb pul vermişəm”.

İstintaq zamanı məlum olub ki, Natiq həkim 3 kəndlisinin toruna düşərək onlara ümumilikdə 20 min manata yaxın pul verib.

İşin üstü isə Natiq həkimin tanışlarından birinə vəziyyəti danışması ilə açılıb. Məlum olub ki, Eldəniz adlı şəxs ölməyib.

Təqsirləndirilən şəxsləri bağışlamadığını deyən Natiq həkim pulunu tələb etdiyini və onlara ağır cəza verilməsini istəyiblər.

Həbs edilən 3 şəxs özünü təqsirli bilib və Natiq həkimin danışdığı kimi baş verənləri izah ediblər.

Məhkəmə hər üç şəxsi təqsirli bilib. Eldəniz 2 il 6 ay, İmdad 2 il 9 ay, Ələddin isə 3 il azadlıqdan məhrum ediliblər.

Post navigation

Previous: “Beş mərtəbəli villama “gecəqondu”deyib sökmək istəyirlər” –
Next: Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcək

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian enerji sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən neft-qaz sektorunda...
Read more about Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakları müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakları müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq” putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.