Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Maraqlı

Heydər Əliyev və həyat yoldaşı Brejnevin ailə məclisində –

Orkhan Ali 28 Mart 2025 - 11:39 (Last updated: 21 May 2025 - 20:15)
Heydər Əliyev

Heydər Əliyev

Sovet rəhbəri Leonid İliç Brejnevin mərhum Heydər Əliyevlə yaxşı münasibətləri onu SSRİ rəhbərləri arasında Azərbaycana dost olan bir lider kimi yadda saxladı.

Brejnev Azərbaycan SSR-yə 3 dəfə səfərə gəlib. SSRİ dönəmində bu bir qədər qeyri-adi görünürdü.

1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev bu münasibətlərdən ölkə üçün faydalanmağa çalışırdı.

H.Əliyevin işi Brejnevin diqqətindən kənarda qalmayıb. 1976-cı ildə Heydər Əliyev Sov İKP Siyasi Bürösu üzvlüyünə namizəd, daha sonra Siyasi Büronun üzvlüyünə qədər yüksələ bildi.

AzPost “Fotoxronika” layihəsi çərçivəsində oxucularına bu şəkli təqdim edir.

Foto 22 iyun 1980-ci ildə SSRİ-nin rəhbəri Leonid Brejnevin Krımda, Yaltadakı  “Qlitisna” dövlət bağında istirahəti zamanı çəkilib.

Şəkildə o zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olan Heydər Əliyev və həyat yoldaşı Zərifə Əliyeva da var. Sovet rəhbərinin ailəvi məclisində Azərbaycan rəhbərinin həyat yoldaşı ilə birgə iştirakı ona olan etimaddan xəbər verir.

Fotoda: Heydər Əliyev, mülki aviasiya naziri, marşal Buqayev, xarici işlər naziri Qromıko, Baş katib Leonid Brejnev, Qromıkonun həyat yoldaşı Lidiya Dimitryevna, Brejnevin həyat yoldaşı Viktoriya Petrovna, Brejnevin nəticəsi Qalina, Çernenkonun həyat yoldaşı Anna Dimitryevna, Sov.İKP-nin işlər idarəsinin müdiri Konstantin Çernenko, Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyevadır.

Heydər Əliyev Brejnev vəfatından sonra -1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət vəzifəsinə aparılıb. O, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunub.

Şəkildə yer alan Konstantin Çernenko isə iki sovet rəhbərinin –Brejnevin və Andropovun vəfatından sonra SSRİ-nin başçısı olub.1985-ci ildə öldükdən sonra bu posta Mixail Qorbaçov gəlib.

Post navigation

Previous: “Evlərin həyətyanı sahəsi 12 sotdur” –
Next: Putinlə Trampın danışıqları üçün vaxt yetişməyib –

Oxşar xəbərlər

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.