Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Atası olmayan qız almaram” deyilən kanalın yayımı dayandırıldı

User 01 Aprel 2025 - 15:43 (Last updated: 21 May 2025 - 20:15)
aparaci

“Aprelin 1-də Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda “Kanal S” televiziya kanalında yayımlanan “Sözün bitdiyi an” proqramının martın 28-də saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub”.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, ilk olaraq qeyd olunan məsələ ilə bağlı monitorinq arayışı və müvafiq hüquqi rəy nəzərdən keçirilib, Şura üzvləri öz fikirlərini bildiriblər. Müzakirələrdən sonra proqramda “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib.

Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilib ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq “Kanal S” televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06:00-dan 5 aprel 2025-ci tarixdə saat 06:00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub. Həmçinin “Kanal S” MMC-nin rəhbərliyindən aparıcıların “Media haqqında” Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub”.

“Azərbaycan Respublikası Audiovizual Şurası “Media haqqında” Qanun ilə ona verilmiş səlahiyyətlər çərçivəsində televiziya və radio yayımında qanunvericiliyə riayət olunması və media azadlığının təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirir. Bir sıra sosial şəbəkə istifadəçiləri Audiovizual Şuraya müraciət edərək bəzi televiziya proqramlarının bağlanmasını, hər hansı televiziya kanalının aparıcısının işdən azad olunmasını və ya efirdən uzaqlaşdırılmasını tələb edirlər.

Bildiririk ki, Azərbaycan Respublikasında mediada senzura qadağandır, heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, “Kanal S” televiziyasının aparıcısı Nigar Fərhad “Sözün bitdiyi an” proqramında aşağıdakı fikirləri səsləndirib:

“Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz”.

Post navigation

Previous: Bu ödənişi nağd edənlər cərimələnəcək –
Next: Həbsdə olan Müdafiə Nazirliyinin sabiq xidmət rəisi haqqında qərar verilib

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
Rusiyanın Türkiyəyə boru kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi payız aylarında nəzərəçarpacaq dərəcədə artıb. Bu barədə...
Read more about Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.