Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“TikTok” bu sosial şəbəkəsini bağlayır

Orkhan Ali 02 Aprel 2025 - 23:34 (Last updated: 21 May 2025 - 20:15)
Tik-Tok

Tik-Tok

“TikTok” “Instagram”ın analoqu olan “TikTok Notes”un bağlanacağını elan edib.

“TikTok” foto mübadiləsi üçün nəzərdə tutulan “TikTok Notes” tətbiqini bağlayacağını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, “TechCrunch” portalının məlumatına görə, platforma 8 may tarixindən etibarən fəaliyyətini dayandıracaq.

“Instagram”a bənzər bu sosial şəbəkə 2023-cü ilin aprel ayında Kanada, Avstraliya və Vyetnamda test rejimində istifadəyə verilmişdi. “TikTok Notes”un bağlanmasının səbəbləri barədə rəsmi açıqlama verilməsə də, ekspertlər xidmətin istifadəçilər arasında kifayət qədər populyarlıq qazana bilmədiyini ehtimal edirlər.

İndi “TikTok”un ana şirkəti “ByteDance” əsas diqqətini “Lemon8” tətbiqinin inkişafına yönəldib. 2024-cü ilin dekabr ayına olan məlumata görə, bu platformanın aylıq aktiv istifadəçi sayı 12,5 milyon olub. “TikTok” istifadəçilərə “TikTok Notes”dakı məlumatlarını saxlamağı və “Lemon8″dən istifadə etməyə başlamağı tövsiyə edir. Şirkət nümayəndələrinin sözlərinə görə, “Lemon8” “TikTok Notes” ilə müqayisədə daha geniş və funksional imkanlar təqdim edir.

“Lemon8” ilk dəfə 2020-ci ildə Yaponiyada istifadəyə verilib, daha sonra ABŞ və Cənub-Şərqi Asiya ölkələrində də əlçatan olub. Bu tətbiq “Instagram” və “Pinterest” elementlərini birləşdirərək, istifadəçilərə slayd-şou və şəkil seriyaları paylaşmaq, eyni zamanda məzmunu lent formatında izləmək imkanı yaradır. Lemon8-in imkanlarına kreativ alətlər, filtrlər, effektlər, stikerlər və mətn şablonları daxildir.

“TikTok Notes”un əvəzlənməsi ilə yanaşı, “ByteDance” “Lemon8″i ABŞ-da “TikTok”un mümkün qadağası fonunda alternativ platforma kimi təqdim etməyə çalışır. 2023-cü ilin noyabr ayında istifadəçilərə “Lemon8″ə birbaşa “TikTok” hesabları vasitəsilə giriş imkanı, həmçinin iki tətbiq arasında məzmun paylaşmaq funksiyası təklif olunmuşdu.

Post navigation

Previous: İsmayıllını işıqlandıracaq “minlik”lər
Next: “Tədqiqatların AMEA-da aparılması sovet mirasıdır” –

Oxşar xəbərlər

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
putin
  • Dünya

Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb

User 13 Noyabr 2026 - 19:23

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.