Zaqatalada bacısını güllələyən qardaşa 17 İL HƏBS CƏZASI

Məhkəmə
Məhkəmə

Bacısını öldürməkdə təqsirləndirilən Nurlan Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzPost xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Nurlan Əsgərov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təqsirləndirilən Nurlan Əsgərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il may ayında Zaqatalada baş verib.

Belə ki, Nurlan Əsgərov aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürüb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham maddəsi ilə ittiham olunub./APA

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.