Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Məhkəmə arvadını döyən vəzifəli şəxslə bağlı qərar verdi

Orkhan Ali 04 Aprel 2025 - 10:57 (Last updated: 21 May 2025 - 20:15)
Məhkəmə

Məhkəmə

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qulam Vəlizadənin (şərti) barəsindəki hökmdən verilən verilən zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə 08 iyun 2024-cü il tarixdə, saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Qulam Vəlizadə həyat yoldaşı, zərərçəkmiş Minayə Səlimova (şərti) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Bu zaman o, əl zərbələri ilə qəsdən qadının bədən nahiyələrindən zərbələr vuraraq, ona sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.

Hadisədən sonra Qulam Vəlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətdən azad edilib və barəsində cinayət təqibinə xitam verilib. Qərardan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib.

Minayə Səlimova şikayətində qeyd edib ki, təqsirləndirilən şəxs məhkəmə gedişində ona dəfələrlə zəng edərək, birgə nikahdan doğulmuş uşaqlarının xətrinə, onun vəzifəli şəxs kimi gələcəkdə karyerasına zərər dəyməməsi, uşağının onun himayəsində qalması və aliment ödəyəcəyinə, ona vurulan ziyanı ödəyəcəyini bildirib, onunla barışmağı xahiş edib. Qadın da bütün bunlara rəğmən onun verdiyi vədləri qəbul edib və əri ilə barışıb. Minayə də şikayətini geri götürüb. Minayə Səlimovanın sözlərinə görə, təqsirləndirilən şəxs məhkəmə məsuliyyətindən azad olunduqdan bir müddət sonra yenidən ona telefonla zəng edərək ondan boşanmayacağını, uşağı onun əlindən alacağını, aliment verməyəcəyini, təkid etdiyi təqdirdə onu öldürəcəyini deyib.

Post navigation

Previous: Nazirlər Kabineti 3 ədəd “Toyota” alır
Next: Ali Sovetdə Vəzirovla AXC-nin 1989-cu ildəki məşhur davası –

Oxşar xəbərlər

Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.