Bu universitet təmir olunur – 2 milyona yaxın pul ayrılır

Bakı Slavyan Universitetinin (BSU) tədris binasında təmir işləri aparılacaq.

AzPost-un Trend-ə istinadən məlumatına görə, təmir işləri universitetin birinci və ikinci tədris binalarını, eləcə də, yataqxanasını əhatə edəcək.

Belə ki, artıq bununla bağlı BSU müvafiq işlərə başlayıb.

Universitet hazırda təmir işlərini aparacaq şirkət axtarışındadır.

Eyni zamanda, BSU sözügedən işlərin icrası ilə bağlı müqavilə bağlayacağı şirkətə 1,8 milyon manat ödəməyə hazır olduğunu da bildirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.