Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Pulsuz VPN xidmətlərinin arxasındakı gizli bağlantılar…

Orkhan Ali 20 İyul 2025 - 17:01 (Last updated: 20 İyul 2025 - 13:23)
Pulsuz VPN

Pulsuz VPN

Pulsuz VPN tətbiqlərinin istifadəçi məlumatlarını necə emal etdiyinə dair genişmiqyaslı araşdırma Çin bağlantılı tətbiqlərlə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Bildirilir ki, ümumilikdə 70 milyondan çox dəfə endirilmiş 20 VPN tətbiqi araşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, “Tech Transparency Project” (TTP) tərəfindən aparılan araşdırma göstərib ki, “Apple”ın ABŞ-dakı rəsmi tətbiq mağazasında ən populyar 100 pulsuz VPN tətbiqindən bəziləri istifadəçilərin xəbəri olmadan məlumatları Çinə ötürür. Bu pulsuz VPN xidmətlərindən ən az beşinin 2020-ci ildə Çin ordusu ilə əlaqəsi olduğu iddia edilən Şanxay mənşəli “Qihoo 360” şirkəti ilə əlaqəli olduğu bildirilir.
Bundan əlavə, araşdırmaya görə, ümumilikdə 20 pulsuz VPN tətbiqinin Çinə məxsus olduğu, lakin bu mülkiyyətin rəsmi şəkildə açıqlanmadığı qeyd olunur. Bu tətbiqlərin 70 milyondan çox dəfə endirildiyi və dünya miqyasında geniş istifadə olunduğu nəzərə alınaraq, bu vəziyyətdən təsirlənənlərin sayının daha çox ola biləcəyi ehtimal edilir.
VPN xidmətləri və təhlükəsizlik riski
VPN xidmətləri internet trafikini şifrələməklə və IP ünvanını gizlətməklə istifadəçilərin onlayn anonimliyini artırmağı hədəfləyir. Lakin niyyəti sual doğuran tətbiqlər bu üstünlüklərin əksinə olaraq istifadəçi məxfiliyini risk altına ata bilər.
VPN təminatçıları internet trafikini öz serverləri üzərindən yönləndirdiyindən bu məlumatlara çıxış imkanına malikdir. TTP mütəxəssisləri bildirirlər ki, Çində istifadəçi məlumatlarının hökumətlə paylaşılmasını məcbur edən sərt qanunvericilik bu cür tətbiqlər üçün təhlükəsizlik risklərini daha da artırır.
Pulsuz VPN-lərin gizli mülkiyyət məlumatları
Araşdırma göstərir ki, Çin bağlantılı 20 pulsuz VPN xidmətinin heç biri real mülkiyyət məlumatlarını açıq şəkildə təqdim etmir. Bu da istifadəçilərin bu xidmətlərin arxasında duran şirkətlər haqqında məlumat əldə etməsini demək olar ki, mümkünsüz edir.
TTP komandası, bu şirkətlərin mənbələrini müəyyənləşdirmək üçün bir neçə korporativ sənədi birləşdirmək məcburiyyətində qaldıqlarını bildirir.
“Qihoo 360” şirkəti ilə əlaqəli olduğu iddia edilən VPN xidmətləri arasında “Turbo VPN”, “VPN Proxy Master”, “Thunder VPN”, “Snap VPN” və “Signal Secure VPN” yer alır. “Qihoo 360” şirkəti Çin ordusu ilə əlaqələri səbəbilə 2020-ci ildə ABŞ tərəfindən milli təhlükəsizlik səbəbi ilə sanksiyalara məruz qalmışdı. Bu səbəbdən adıçəkilən tətbiqlər ciddi narahatlıq doğurur.
“Apple” və “Google tənqid olunur
Araşdırma, “Apple”ın istifadəçilərə təqdim etdiyi VPN tətbiqlərinin real mülkiyyəti və toplanan məlumatlarla nə etdikləri barədə kifayət qədər şəffaflıq təqdim etmədiyini irəli sürür. Lakin “Apple” bildirir ki, VPN tətbiqləri hazırlayanlara qarşı sərt qaydalar tətbiq edir və məlumatların satılması, üçüncü tərəflərlə paylaşılması və ya başqa şəkildə istifadə edilməsini qadağan edir. Belə hallar aşkarlandıqda, həmin tətbiqlər “App Store”dan silinir.
“Financial Times”ın məlumatına görə, “Thunder VPN” və “Snap VPN” tətbiqləri ötən həftə “Apple” mağazasından çıxarılıb. Lakin bu tətbiqlər hələ də “Google Play Store” kimi digər rəqəmsal platformalarda əlçatandır.
Şübhəli VPN tətbiqlərinin siyahısı
TTP tərəfindən Çin mülkiyyətində olduğu qeyd edilən şübhəli VPN tətbiqləri aşağıdakılardır:
Turbo VPN
VPN Proxy Master
Thunder VPN
Snap VPN
Signal Secure VPN
X-VPN
VPNIFY
VPN Bucks
LinkworldVPN
WireVPN – Fast VPN and Proxy
VPN Proxy OvpnSpider
Ostrich VPN
HulaVPN
Best V2ray
Fast Quark VPN
TTP-nin təqdim etdiyi bu siyahı, istifadəçilərin rəqəmsal təhlükəsizliklərini təmin etməkdə daha şüurlu davranmalarına kömək etməyi hədəfləyir.

AzPost.az

Post navigation

Previous: Hansı yeməklər ömrü qısaldır? –
Next: MHP sədri Dövlet Bahçelinin 23 il əvvəl Bakıya səfəri –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

dollar qizil
  • İqtisadiyyat

Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb

User 01 Noyabr 2026 - 16:15
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 313,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu göstərici 2025-ci ilin...
Read more about Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb
Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.