Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“Apple”ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Orkhan Ali 09 Aprel 2025 - 23:47 (Last updated: 21 May 2025 - 20:15)
iPhone

iPhone

Yeni yayımlanan bir video başdan aşağı yenidən dizayn ediləcəyi deyilən iOS 19-un necə görünə biləcəyinə dair əhəmiyyətli ipucları təqdim edə bilər. 

Valyuta.az xəbər verir ki, aylarla davam edən iOS 19 dizayn yenilikləri barədə ziddiyyətli söz-söhbətlərdən sonra, bu həftənin əvvəlində yayılan bir iddia nəhayət ki, bu qarışıqlığa aydınlıq gətirə bilər.

Bir neçə həftə öncə “Front Page Tech” adlı texnologiya kanalı “Apple“ın 2025-ci il üçün planlaşdırdığı iOS 19 yeniləməsinə dair “xüsusi ilkin baxış” təqdim etdiklərini iddia edən bir video paylaşmışdı. Bu paylaşımın ardınca “Bloomberg”in tanınmış texnologiya jurnalisti Mark Qurman sosial şəbəkədə bu görüntülərin “çox köhnə test versiyalarına və ya qeyri-müəyyən məlumatlara” əsaslandığını bildirib.

“Front Page Tech” kanalı Qurmanın bu açıqlamasına dərhal reaksiya verməsə də, daha sonra əlavə detallarla yeni bir video təqdim edib. Kanalın aparıcısı Con Prosser Qurmanın açıqlamasından sonra sızdırılan iOS 19 versiyasını yenidən incələdiyini və bir sıra maraqlı dəyişikliklərə rast gəldiyini söyləyib.

Prosserə görə, simvollar üzərinə tıklandıqda onların forması dəyişir. Bu simvollar “visionOS”dakı tətbiq ikonlarına bənzər şəkildə daha yumşaq künclərə sahib, lakin tamamilə dairəvi olmayan formaya çevrilir.

iOS 19-da müşahidə edilən digər yeniliklər:

* Telefona hərəkət verdikcə ekran elementlərinin parıldaması,
* Nəzarət mərkəzindəki parlaqlıq və səs çubuqlarının daha yumru formaya malik olması,
* Apple-ın daxili tətbiqlərinin alt hissəsində yeni animasiyalı sekmələr,
* Mesajlar tətbiqinin alt hissəsində əlavə edilmiş axtarış sahəsi,
* Ayarlar tətbiqində isə incə vizual dəyişikliklər.

Kamera tətbiqinə yeni funksiya

“Front Page Tech” iddiasına görə, iOS 19 ilə birlikdə Kamera tətbiqinə yeni bir funksiya əlavə olunacaq. Con Prosser bildirir ki, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modelləri eyni anda həm ön, həm də arxa kamera ilə video çəkməyə imkan verəcək.

Post navigation

Previous: “Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”
Next: Tramp xarici ölkələrə tətbiq etdiyi rüsumları 90 günlük dayandırdı

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.