Hacıqabulda qadın yağış suyunda BOĞULDU

Hacıqabul

Hacıqabulda qadın faciəvi şəkildə ölüb. AzPost lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Ə.Vahid küçəsindəki fərdi evdə baş verib.

70 yaşlı Zenfira Əlişirin qızı Məmmədova yaşadığı evin zirzəmisinə yığılmış suya düşərək boğulub.

Evin zirzəmisinə yağış və qrunt sularının dolduğu bildirilir. Mərhum ruhi xəstə olub.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.