Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Araşdırma

Fermerlərdən keyfiyyətsiz dərman, bahalaşma və torpaq narazılığı –

Orkhan Ali 15 Aprel 2025 - 14:26 (Last updated: 21 May 2025 - 20:15)
Kənd Təsərrüfatı Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyi

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bir sıra tənqid və narazılıqların mərkəzində olub. İctimaiyyət, xüsusilə də kənd təsərrüfatı sahəsində çalışan fermerlər, nazirliyin bəzi qərarları və fəaliyyət istiqamətlərinə qarşı iradlarını səsləndiriblər. İddialar arasında keyfiyyətsiz dərman vasitələrinin istifadəsi, subsidiya mexanizmlərində anlaşılmazlıq, torpaqların qanunsuz icarəyə verilməsi və ərzaq məhsullarında – xüsusilə ətin qiymətindəki artımlar var.

“İnək var, dərman yoxdur. Torpaq var, sənəd yoxdur. Subsidiyalar var, amma necə alacağımızı heç kim izah etmir”.  Bu cümlə Şəmkirdə yaşayan kiçik fermer Ədalət Məmmədova məxsusdur.

AzPost-un açıq informasiya mənbələrinə istinadla apardığı araşdırmaya görə, 2025-ci ilin ilk dörd ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı mətbuatda, sosial şəbəkələrdə və sahədə çalışanların dilində ən çox eşidilən söz isə “narazılıq” olub.

Tender var, iştirak edən yoxdur

Nazirliyin 2025-ci ildə keçirdiyi tenderlərdən biri – “videoçarxların hazırlanması xidməti” üçün elan edilən satınalma, iştirakçı azlığından uğursuz sayılıb. Bu cür hallar son dövrlər nazirliyin satınalma mexanizmlərinə marağın azaldığını göstərir. Mütəxəssislər bunu ya şəffaflıqla bağlı inamsızlıq, ya da prosedurların həddindən artıq mürəkkəb olması ilə izah edirlər.

Torpaq verilir, amma “qanunsuz”

Abşeron rayonu ərazisində “Azəraqrar” Dövlət Birliyinə məxsus torpaq sahələrinin hüquqi sənədlər olmadan fermerlərə icarəyə verilməsi məsələsi geniş rezonansa səbəb olub. Torpaqla işləyən, amma torpaq üzərində hüququ olmayan onlarla fermer bu vəziyyətin həm sosial, həm də iqtisadi risklər doğurduğunu bildirir. Hüquqşünaslar qeyd edirlər ki, bu cür “boşluqla icarə” praktikasında fermerlərin hüquqları istənilən an təhlükəyə düşə bilər.

Dərman var, amma keyfiyyət şübhəlidir

Bəzi bölgələrdə istifadə olunan aqrokimyəvi vasitələr – pestisid və gübrələrin keyfiyyətsiz olması ilə bağlı ciddi şikayətlər daxil olub. Nazirlik dərhal araşdırma başlatsa da, fermerlər artıq məhsul itkisi ilə üzləşdiklərini bildirirlər. Bu hadisə kənd təsərrüfatı dərmanlarının bazara necə daxil olduğu və keyfiyyətə nəzarətin hansı mexanizmlərlə aparıldığı sualını aktuallaşdırıb.

Ət bahalaşdı – fermer deyir, nazirlik susur

2025-ci ilin ilk aylarında mal və qoyun ətində ciddi qiymət artımı müşahidə olunub. Mütəxəssislər bildirirlər ki, dövlətin tətbiq etdiyi dəstək proqramları hələ də kiçik heyvandarlıq təsərrüfatlarını əhatə etmir. Bu isə bazarda yerli məhsul qıtlığına, nəticə olaraq isə idxaldan asılılığa səbəb olur. Nəticədə qiymətlər artır, olan isə vətəndaşa olur.

Subsidiyalar dəyişdi – qaydalar isə başa düşülmür

Nazirlik 2025-ci ildən yeni subsidiya sisteminə keçid edib. Amma sistemin necə işlədiyini izah edən marifləndirici platformalar ya yoxdur, ya da kifayət qədər sadə dildə izah olunmayıb. Bir çox fermer elektron platformalardan istifadə edə bilmədiyi üçün dəstəkdən məhrum olur. Əldə olan subsidiyalar da bəzən gecikmə ilə və qeyri-müəyyənlik içində verilir.

2025-ci ilin ilk 4 ayında Kənd Təsərrüfatı Nazirliyinin üzləşdiyi bu problemlər göstərir ki, texniki islahatlar informasiya və nəzarətlə müşayiət olunmayanda nəticə vermir. Fermerlərlə kommunikasiyanın qurulmaması, qərarların aşağı səviyyəyə çatdırılmaması və nəzarət sisteminin zəifliyi kənd təsərrüfatında inamsızlıq mühiti yaradır.

Əgər bu tendensiya davam etsə, ölkədə ərzaq təhlükəsizliyi məsələsi də yaxın gələcəkdə ciddi müzakirə mövzusuna çevrilə bilər.

Süleyman İbrahimli

Post navigation

Previous: Gürcüstan prezidenti Bakıya rəsmi səfərə gəlib
Next: Metropoliten əməkdaşlarının maaşı niyə artırılmayıb?

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

hormuz tanker
  • Dünya

İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?

User 13 Noyabr 2026 - 14:50
İran ətrafında hərbi gərginlik yenidən yüksəlir. Son günlər Hörmüz boğazında tankerlərin partlayış və yanğınlara məruz qalması, Tehranın...
Read more about İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?
Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər Tibbi Yardım
  • Maraqlı

Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər

User 13 Noyabr 2026 - 14:11
Sabah 22 dərəcə isti olacaq – HAVA Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.