Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Sakinlərin narazılığı böyüyür: “Viləşçay” MTK heç bir qanuna riayət etmir”

Orkhan Ali 15 Aprel 2025 - 22:23 (Last updated: 21 May 2025 - 20:15)
Viləşçay MTK

Viləşçay MTK

“Viləşçay” tikinti şirkəti ilə sakinlər arasında baş verən narazılıq böyüyür.
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış kompleksinin sakinlərindən olan İslam Mahmudov Qaynarinfo-ya açıqlamasında “Viləşçay” MTK-nın açıq-aşkar özbaşınalıqla məşğul olduğunu bildirib:
“Yəni heç bir dövlət qanunlarını tanımır, heç bir qanuna riayət eləmir. 2018-ci ildə bina təhvilə getdiyi halda bu adam yenə də hegomonluq edir. Burada bir ailə şirkəti yaradıb, sakinlərin müraciətinə və şikayətinə baxmır. Binanı ata malı kimi istifadə edir. Binanı təhvil verib, pulunu almısan, vəssalam. Bu gün də MTK olaraq binanı idarə edirlər. Əslində idarə etmirlər, camaatdan pul yığırlar, bundan əlavə, onların heç bir xidməti yoxdur”.
İslam Mahmudov vurğulayıb ki, sözügedən binanın sakinləri MMC yaradıb, binanı özləri idarə etmək istəyir:
“Biz 4-5 aydır ki, bu MMC-ni yaratmaq üçün vuruşuruq. Kim sənəd verirsə, MTK ona bir ziyan vurur, gah işığın kəsir, gah qiymətləri qaldırır, əlindən gələn hər pisliyi edir ki, bu MMC yaranmasın. İnsanlara hədə-qorxu gəlir”.
İslam Mahmudov “Viləşçay” MTK-nın heç bir əməkdaşı ilə müqavilə bağlamadığını diqqətə çatdırıb:
“Xadimə, mühafizə və s. əməkdaşlarının heç biri ilə müqaviləsi yoxdur. Hamısını qeyri-qanuni işlədir, ayda 300-350 manat verir, halbuki 400 manat maaş yazır. Buradan ev alan sakinlərin heç birinin İsrafil Hüseynovla müqaviləsi yoxdur. Birinə oğlunun, birinə gəlininin, birinə yeznəsinin adını yazıb ki, guya MTK-nın direktoru onlardır. Hamısı ilə də MTK-nın direktoru olaraq müqavilə bağlayıb. Bu binada sənədi yerində olan bir sakin yoxdur. Nəyinsə gücünə binanı idarə edir”.
Qeyd edək ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 250 mənzildən ibarət “Viləşçay” Yaşayış Kompleksinin sakinləri tikinti şirkətindən narazılıq edir. Bununla bağlı ATV-də süjet təqdim edilib.

Post navigation

Previous: Azərişıq Bakıda səkini zəbt edib təhlükə yaratdı
Next: İnsanları oğurlayıb zorla işlədən azərbaycanlı dəstə ələ keçirildi

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
Avropa İttifaqı süni intellektin inkişafı üçün 500 milyard avro investisiya cəlb etməlidir. Bu vəsaitə qabaqcıl süni intellekt...
Read more about Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10
Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli erzaq
  • Sosial

Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli

User 14 Noyabr 2026 - 10:51
Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib tecili yardim
  • Sosial

Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

User 14 Noyabr 2026 - 10:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.