“Çinlə vizasız rejim turist sayına böyük təsir edəcək”

“Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək”.
AzPost bildirir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb.
Imzalanmış sənədlərdən biri də ölkələr arasında vizasız səfərlər haqdadır. Bu o deməkdir, iki ölkə vətəndaşları qarşılıqlı vizasız səfərlər edə biləcəklər. Xatırladaq ki, Çin vətəndaşları bu ildən ölkəmizə vizasız gələ bilirdilər.
Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək. 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45.0 minə çatıb. Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib.
2024-cü ildə Çinə səfər edən turistlərin sayı 61.0 faiz artaraq 132 milyon nəfərə çatıb. Bu haqda statista.com məlumat yayıb. Bu Çin üçün 6.4 trilyon yuan gəlir deməkdir.
Yeni anlaşma Azərbaycandan Çinə gedənlərin sayına təsir edəcək. Bir tərəfdən, Azərbaycan Hava Yollarının Bakı ilə Pekin arasında birbaşa uçuşlar həyata keçirməsi, digər tərəfdən vizasız rejim hər iki ölkə vətəndaşları üçün yeni imkanlar yaradacaq. Bu baxımdan, viza anlaşması yalnız turizm sahəsində deyil, bütövlükdə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq üçün yeni imkanlar deməkdir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.