Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ölkədə ən çox şikayət edilən internet provayderlər açıqlanıb

User 23 Aprel 2025 - 13:15 (Last updated: 21 May 2025 - 20:15)
network cables connected to switch

network cables connected to switch

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.

Bu barədə RİNN-dən bildirilib.

Hesabatda 2025-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2024-cü ilin IV rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub.

Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə I rübdə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir və bazar payının 90%-dək hissəsini təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.

16 şirkət üzrə dərc edilən siyahıda şikayət indeksi ən yüksək olan provayderlər “Uplink” MMC (8.56), “GSP” MMC ( 6.10), “Selnet” MMC (5.31), “Eurosel” MMC (2.89), “Fibernet” MMC (2.69) olub.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Uplink” MMC (30 gün), “Konnekt” QSC (13 gün), “Aztelekom” MMC (12 gün), “Uninet” MMC (11), “Fibernet” (11 gün) qərarlaşıb.

Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 6000-ə yaxın müraciət daxil olub.

Post navigation

Previous: Dünya bazarında buğda ucuzlaşıb –
Next: Prezident İlham Əliyevin Çində rəsmi qarşılanma mərasimi –

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabah 21 dərəcə isti olacaq – HAVA

User 18 Noyabr 2026 - 12:45
ramiz
  • Sosial

Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi

User 18 Noyabr 2026 - 10:06
DIN
  • Sosial

Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu

User 18 Noyabr 2026 - 10:02

xƏBƏR

luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14
İngilis dili üzrə Kembric lüğəti 2026-cı ilin sözü kimi “insan” (human) isimini seçib. Nəşrin məlumatına görə, bu...
Read more about Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı
Sabah 21 dərəcə isti olacaq – HAVA Hava
  • Sosial

Sabah 21 dərəcə isti olacaq – HAVA

User 18 Noyabr 2026 - 12:45
Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir? Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56
Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar? pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.