Azərbaycan SSRİ-nin son illərində Türkiyə ilə əlaqələri sürətlə inkişaf etməyə başladı.
Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olan Türkiyə ölkənin ictimai-siyasi həyatına ciddi şəkildə daxil oldu. Siyasətdən ta mədəni əlaqələrə qədər bir-biri ilə sıx bağlı olan iki dövlətin siyasətçiləri, ictimai xadimləri daim bir-birinin yanında olublar.
Bu sırada Türkiyə prezidenti Turqut Özalın da xidmətləri böyükdür. Hələ SSRİ zamanında Azərbaycana səfər etmiş Özal siyasi tarixdə izini saxlayıb.
AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsində Səmra Özalın 1990-cı ildə Azərbaycana səfərini əks etdirən fotoları təqdim edir.
1990-cı ilin iyulunda prezident Turqut Özalın həyat yoldaşı Səmra Özal Bakıda səfərdə olub.
Səfər zamanı Səmra Özal Gəncə, Şəki və Bakı şəhərlərində olub. Səfərdə prezidentin xanımını Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun rektoru, Respublika Qadınlar Şurasının sədri Zemfira Verdiyeva müşayiət edib. Səfərin Qadınlar Şurasının dəvəti ilə baş tutuduğu bildirilir.
Səmra Özal Gəncəyə səfəri zamanı Məhsəti Gəncəvinin abidəsini ziyarət edib, Nizami Gəncəvi və Puşkin adına kitabxanaya baş çəkib, habelə Göygöldə olub. Türkiyə prezidentinin xanımı bunun ardınca Şəkiyə gedib, orada Xan Sarayı və ipək istehsalı zavodu ilə tanış olub, daha sonra Bakıya qayıdıb.
Səmra Özal həmçinin 20 yanvar şəhidlərinin aiələri ilə görüşüb.
Təqdim edilən foto Səmra Özalla bir süfrə arxasında Şeyxülilam Allahşükür Paşazadə, Türkiyə prezidentinin xanımı Səmra Özal (sağda) və Türkiyənin Moskvadakı səfiri Volkan Vural əks olunub.