Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukraynanın sabiq prezidentinə 15 il həbs cəzası verilib

User 28 Aprel 2025 - 12:13 (Last updated: 21 May 2025 - 20:15)
yanukovic

Kiyevin Podolsk Rayon Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Konstantin Kobzarı qiyabi olaraq 15 və 10 il müddətinə azadlıqdan məhrum edib.

AzPost bildirir ki, Viktor Yanukoviç dövlət sərhədindən qanunsuz keçirilməsini təşkil etmə və fərarilikdə təqsirli bilinib.

Konstantin Kobzar isə şəxslərin Ukraynanın dövlət sərhədindən qanunsuz keçirilməsinin təşkilində ittiham olunub.

İstintaqın məlumatına görə, 2014-cü il fevralın 23-də Ukraynanın sabiq prezidenti Prezident Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və Rusiya Federasiyasının nümayəndələri ilə əlbir olaraq hava nəqliyyatı ilə Ukraynanın dövlət sərhədini qanunsuz keçərək öz yaxın çevrəsindən və Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularından azı 20 nəfərin keçirilməsini təşkil edib.

Onlar Rusiya Silahlı Qüvvələrinin pilotunun nəzarəti altında üç Rusiya hərbi helikopteri ilə Donetsk vilayətinin Manquş rayonunun Urzuf kəndinin kənarından Rusiya Federasiyası istiqamətində Yeysk şəhərindəki hərbi aerodrom istiqamətində havaya qalxıblar. Onlar orada bir müddət qaldıqdan sonra Anapaya uçub və oradan Rusiya Silahlı Qüvvələrinin nümayəndələrinin təqdim etdiyi hərbi nəqliyyat təyyarəsi ilə Krım Muxtar Respublikası ərazisindəki Qvardeyskoye hərbi aerodromuna yollanıblar.

Keçmiş prezident Rusiya hərbçiləri tərəfindən dəniz yolu ilə Krım Muxtar Respublikasından təxliyə edilib.

Nəticədə dövlət təhlükəsizlik qüvvələrinin bir hissəsi eks-prezidentlə birlikdə dəniz gəmisi ilə Sevastopoldan Rusiya Federasiyasına yola düşüb. Onlar hərbi xidmətə qayıtmayıblar.

Yanukoviçin Ukrayna və Rusiya ərazisindən keçdiyi marşrut planlaşdırılıb, tam nəzarət edilib və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin hərbçiləri tərəfindən müşayiət olunub. Bu, birbaşa Rusiya prezidenti ilə razılaşdırılıb.

Post navigation

Previous: Vəkillər Kollegiyasının sədri beynəlxalq konqresdə çıxış edib
Next: Deputat Tahir Mirkişili “besedka” açılışında –

Oxşar xəbərlər

tramp cixis
  • Dünya

Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi

User 04 Noyabr 2026 - 22:42
vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
abs secki
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50

xƏBƏR

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra...
Read more about Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN
Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi tramp cixis
  • Dünya

Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi

User 04 Noyabr 2026 - 22:42
Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…” vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.