Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Vəkillər Kollegiyasının sədri beynəlxalq konqresdə çıxış edib

Orkhan Ali 28 Aprel 2025 - 12:02 (Last updated: 21 May 2025 - 20:15)
1-6

Aprelin 24-25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin dəvəti ilə “Ətraf mühit hüququnun müasir problemləri” mövzusunda keçirilən beynəlxalq konqresdə iştirak edib.

15-dən çox ölkədən hüquqşünas alimlərin, vəkillərin iştirak etdiyi beynəlxalq tədbirə Kollegiyanın sədri Anar Bağırovla yanaşı, ARVK Vəkillərin İxtisas Komissiyasının sədri professor Turqay Hüseynov və ARVK Aparat rəhbərinin müavini Səttar Məmmədov da qatılıb.

Konqresin açılış mərasimində Dokuz Eylül Universitetinin dekanı, professor Mehmet Refik Korkusuz çıxış edərək iştirakçıları salamlayıb, konqresin işinə uğurlar arzulayıb, tədbirin əhəmiyyətindən və ekoloji hüquq sahəsində beynəlxalq əməkdaşlığın vacibliyindən bəhs edib.

Sonra Dokuz Eylül Universitetinin rektoru, professor Bayram Yılmaz çıxış edərək konqres iştirakçılarını salamlayıb, iqlim dəyişikliyi, təbii resursların sürətli tükənməsi və ekosistemlərin məhv olmasının bəşəriyyət üçün ciddi təhlükələr doğurduğu qeyd edib. Bu problemlərin qarşısını alınmasında yalnız texniki və texnoloji yanaşmaların kifayət etmədiyini bildirən rektor ətraf mühitin qorunması sahəsində hüquqi mexanizmlərin, yəni ekologiya hüququnun gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARVK Vəkillərin İxtisas Komissiyasının sədri, hüquq elmləri doktoru Turqay Hüseynov çıxışı zamanı insan hüquqları ilə iqlim dəyişikliyi arasındakı əlaqəyə toxunub. Nəzərə çatdırıb ki, iqlim dəyişikliyi insanların həyat və sağlamlıq hüququ, təmiz su və ərzağa çıxış kimi fundamental hüquqlarını birbaşa təsir altına alır. Ətraf mühitin mühafizəsi artıq yalnız ekoloji məsələ deyil, eyni zamanda insan hüquqlarının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. İqlim ədaləti konsepsiyası iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı ən həssas olan əhali qruplarının hüquqlarının müdafiəsini və bu təsirlərin ədalətli şəkildə bölüşdürülməsini ön plana çıxarır.

Ekoloji hüquq normaları, habelə sağlam ətraf mühitdə yaşama hüququ ilə bağlı beynəlxalq təcrübədən danışan Turqay Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsi praktikasını da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, çıxışının davamında beynəlxalq və milli məhkəmələrin bu sahədə məsuliyyətin müəyyənləşdirilməsi və ədalətli qərarların qəbul edilməsindəki rolunu xüsusi vurğulayıb.

ARVK-nın sədri Anar Bağırov “Vəkillərin ekoloji hüquq normalarının tətbiqində rolu” mövzusunda çıxış edərək iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də hüquqi çağırış olduğunu bildirib. Sədr deyib ki, bu sahədə beynəlxalq sənədlər və konvensiyalar ətraf mühitin qorunmasında hüquqi öhdəliklər müəyyən edir. Diqqətə çatdırıb ki, Azərbaycanın Konstitusiyası və qanunvericiliyi sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin edir və bu istiqamətdə müasir hüquqi baza formalaşdırılıb. Ətraf mühitlə bağlı hüquqların effektiv təminatı və pozulmuş hüquqların bərpası üçün vəkillərin hüquqi bilik və bacarıqları həlledici əhəmiyyət daşıyır.

Anar Bağırov qeyd edib ki, Qarabağda təxminən 30 ilə yaxın davam edən işğal dövrü təkcə ərazi bütövlüyünə və insanların fiziki təhlükəsizliyinə deyil, həm də bölgənin ekoloji balansına, təbii sərvətlərinə və ümumilikdə ətraf mühitə ciddi və bərpaolunmaz ziyanlar vurub. Qarabağda baş vermiş ekoloji fəlakətlər insan hüquqlarına ciddi şəkildə təsir göstərib və hüquq kobud şəkildə pozulub.

Eyni zamanda konqres çərçivəsində ARVK-nın nümayəndə heyəti Dokuz Eylül Universitetində hüquq təhsili təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onları maraqlandıran sualları cavablandırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bundan başqa, ARVK-nın sədri Anar Bağırov Avropa Hüquqşünas Tələbələr Assosiasiyasına (ELSA) göstərdiyi dəstəyə görə ELSA İzmir tərəfindən təltif edilib. Konqres çərçivəsində Dokuz Eylül Universitetinin Hüquq fakültəsinin azərbaycanlı doktorantı, ELSA İzmirin rəhbəri Camal Abbasov təltifi Kollegiya sədri Anar Bağırova təqdim edərək ELSA İzmir adından minnətdarlığını bildirib.

Həmçinin səfər çərçivəsində ARVK nümayəndələri müxtəlif ölkələrdən olan hüquqşünaslar, vəkillər və hüquqşünas alimlərlə görüşlər keçirib, ətraf mühit hüququ sahəsində aktual problemlər, müasir yanaşmalar və qabaqcıl təcrübələr müzakirə edilib, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hüquq sahəsində davamlı islahatlar, vəkillərin peşəkar hazırlığının artırılması və iqlim dəyişikliyi ilə bağlı hüquqi mexanizmlərin tətbiqi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.

Post navigation

Previous: Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib
Next: Ukraynanın sabiq prezidentinə 15 il həbs cəzası verilib

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra...
Read more about Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN
Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi tramp cixis
  • Dünya

Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi

User 04 Noyabr 2026 - 22:42
Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…” vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.