Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

May ayında da hava sərin və yağışlı keçəcək?

Orkhan Ali 29 Aprel 2025 - 17:00 (Last updated: 21 May 2025 - 20:15)
May

May

Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.
AzPost xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.
“Son illər iqlim dəyişmələri günümüzün ən aktual və həm də ən problemli sahələrindən biridir. Bu iqlim dəyişmələri özünü daha qabarıq şəkildə keçid dövrlərində, fəsillərdə göstərir. Bəli, aprel də bu zaman kəsiyinə düşdüyü üçün qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir. Ötən illərdə və bundan sonrakı illərdə də belə hallara rast gəlinir, gələcəkdə də baş verəcək”,- R.İsmayılov vurğulayıb.
O bildirib ki, aprel keçid xarakterli ay olduğundan belə hadisələr baş verir. Əsas səbəb havanın qızması, soyuq hava kütlələrinin şimaldan Azərbaycana daxil olması ilə orta troposferdə (3,5-5 km) baş verən sinoptik proseslərin nəticəsidir:
“Mayda da belə şəraitin davam etməsi ehtimalı olur, hər halda belə hallar mümkündür. İqlimdə belə halların dəqiq proqnozunun verməsi çox çətindir. Statistik məlumatlara istinad etsək, baş verməsini söyləyə bilərik.
Sel, daşqın Azərbaycanda Böyük Qafqazın Cənub yamacı, Şəki-Zaqatala, Naxçıvan əraziləri üçün daha təhlükəli sel rayonlarıdır. Baxmayaraq ki, Lənkəran zonasında yağıntılı günlərin sayı çoxdur, lakin intensivlik az olduğu üçün sel hadisələri daşqın xarakterli olur”.

Post navigation

Previous: Azərbaycanda milyonlarla borcu olan şirkətlər bağlandı
Next: Bu ixtisasların keçid balı 200-dən azdır (SİYAHI)

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
PayPal və Palantir şirkətlərinin həmtəsisçisi, milyarder investor və Respublikaçılar Partiyasının tərəfdarı Piter Til ABŞ Prezidenti Donald Trampın...
Read more about “İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə virus huceyre
  • Maraqlı

Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə

User 23 Oktyabr 2026 - 13:28
Sumqayıtda ağacəkmə aksiyası keçirilib aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.