Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzv təyin olunub.
Bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, “Yuxu” və “Məhəllə” kimi məşhur filmlərdə rol almış İlham Qasımov 2023-cü ildən bəri Heydər Əliyev Sarayının direktorudur.