Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Məzahir Pənahovun oğlu arvadına ağır işgəncələr verib –

User 02 May 2025 - 15:05 (Last updated: 21 May 2025 - 20:15)
mezahir gelini

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov zorakılıqda ittiham olunur.

AzPost bildirir ki, bu barədə Haqqın.az məlumat yayıb.

Zorakılıq ABŞ ərazisində törədilib və ona məruz qalan qadın Azərbaycana qaçaraq həyatını xilas edib.

38 yaşlı H.P. Məhəmməd Pənahovla 28 iyun 2022-ci ildə Bakıda ailə həyatı qurub. Cütlük bundan sonra ABŞ-da, Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir işi-gücü olmayan Pənahov Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağa müvəffəq olub (Saytın əlində Məhəmməd və Ülkər Pənahovlara məxsus “Alphaand Export FZ-LLC” şirkətinin bu alğı-satqısını isbatlayan sənəd var).

Belə görünür ki, ata-Pənahov gənc cütlük üçün bütün imkanları yaradıb.

Gənc cütlüyün maddi çətinlikləri olmayıb: onlar Britaniya banklarında – “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarındakı hesablarındakı pulu dəbdəbəli Kaliforniyada sağa-sola xərcləyiblər.

Yeni ailə quranların şirin həyatı oğul-Pənahov pis vərdişlərə, ilk növbədə, spirtli içkilərə meyli aludəçiliyə dönənə qədər heç vaxt pozulmayıb. O, birdəfəyə 26 şüşə pivəni boşaldırmış. Sonra isə boş şüşələri hamilə arvadına atırmış.

Amansız döyülmələrin biri zamanı H.P. övladını itirib. 17 aylıq evlilikdən sonra o, Kaliforniyadakı villadan qaçmaq qərarına gəlib.

Çarəsiz qalan H.P-nin valideynləri və yaxınları dəfələrlə ona Kaliforniya polisinə müraciət etməyi tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqla tapıb.

Pənahov hədə-qorxu gəlib, hər gün zəng vurub və arvadını ölümlə hədələyib. Buna baxmayaraq, H.P. boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib.

Sayt yazır ki, bir ildən artıqdır ki, məişət zorakılığının qurbanı, döyülmə nəticəsində övladını da itirən şəxs boşanıb dinc həyata keçə bilmir. Pənahov təkcə həyat yoldaşını deyil, onun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Esmira Hüseynovanı da hədələyərək boşanma prosesinə son qoyulmasını tələb edir. Pənahovlar tələb edir ki, H.P. ABŞ-a ərinin yanına qayıtsın.

H.P. Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyinə, ombudsmana, məişət zorakılığına məruz qalmış qadınların müdafiəsi sığınacağına müraciət edib.

Post navigation

Previous: Cəmil Quliyev bu quruma sədr təyin olunub
Next: İlham Qasımov Kino Agentliyinin Müşahidə Şurasına üzv təyin edilib

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.