Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Krediti olanlara ŞAD XƏBƏR – Faiz hesablana bilməz –

Orkhan Ali 05 May 2025 - 16:15 (Last updated: 21 May 2025 - 20:55)
Kredit

Kredit

Kredit ödənişlərinin gecikməsi, borclular üçün ciddi maliyyə çətinliklərinə səbəb ola bilər. Bir çox hallarda, gecikmiş kreditlərdə faizlər sürətlə artır, bu da borcluların borcunu ödəməsini daha çətinləşdirir. Lakin, qanunvericiliyə görə, kredit faizlərinin və gecikmə haqlarının necə hesablanması, müəyyən edilmiş limitlərlə tənzimlənir.

Kreditə görə gecikmə necə hesablanır və kredit faizi maaş kartından tutulması nə dərəcədə qanunidir?

Mövzu ilə bağlı Milli.Az-a iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:

“Kredit gecikmələrinə görə faiz dərəcəsi qanunvericilik aktlarına əsasən təyin edilir. Bu prinsipler pozula bilməz. Məsələn Mülki Məcəllənin 39-cu maddəsinə görə, borcun icrası gecikdirildikdə kredit edən tərəf pul tələb edə bilər. Bu, adətən günlük hesablanır, amma illik 10 faizi keçə bilməz. Əgər müqavilədə başqa şərtlər limitlər yoxdursa. Digər məsələ isə əlavə faiz və cərimələr şərtlərdə öz əksini tapıb və tətbiq olunur. İndi bütün hallarda gecikmiş kreditlərə görə faizin hesablanması qanunsuzluq demək deyil”.

Qeyd edək ki, mülki məcəlləyə əsasən kredit faizlərinin gecikdərməyə görə hesablanması 180 gündən çox ola bilməz. Eyni zamanda bank tərəfindən 5 faiz əlavə oluna bilər.

Ekspert qeyd edib ki, kreditin maaş kartından tutulması isə daha çox hüquqi məsələdir.

“Mülki Məcəllənin 439 və 450-ci maddələrinə görə, borcun könüllü şəkildə ödənilmədiyi halda artıq kreditor məhkəməyə müraciət edə bilir. Məhkəmənin qərarından sonra isə banklar icra sənədinin əsasında borcu maaş kartına yönəldə bilər. Burda diqqət çəkən məsələ isə maaşın yalnız 20 faizə qədəri cəlb olunması məsələsidir. Xüsusi hallarda isə max 50 faiz tutula bilər. Bütün maaşın tutulmasi mümkün deyil. Bu, qanunsuzluqdu. Əgər tərəflər arasında hansısa anlaşılmazlıq olarsa, məhkəməyə müraciət edə bilərlər”.

AzPost.az

Post navigation

Previous: Maşınından və evindən silah tapılan həkim həbs edilib –
Next: Repetitor asılılığı: Təhsil sisteminin görünməyən problemi

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.