Bakıda evlər palçıq vulkanını “dairəyə salıb” –Tikintiyə kim icazə verir? (FOTO)

Keyrəkli palçıq vulkanı
Keyrəkli palçıq vulkanı

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Keyrəkli palçıq vulkanı evlərlə əhatə olunub. AzPost xəbər verir ki, yaşayış evləri düz vulkanın dibində tikilib. Hətta elə evlər var axan palçıq hasara kimi gəlib çıxıb və maraqlıdır ki, bunlar təzə tikilən evlərdir.

Belə bir bir sual yaranır. Bu evlər necə tikilir? Sənədsiz tikilibsə necə tikilib, sənədlə tikilbəsə belə, o əraziyə kim sənəd verib?

Düzdür, palçıq vulkanının odlu lavası yoxdur, amma hidrogin-sulfid kimi zəhərli qaza malikdir ki, bu da az miqdarda başgicəllənmə yaradır, çox miqdarda isə ölümcül olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə əraziyə xəbərdaredici lövhə quraşdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.