Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Azərbaycandan ilk zəvvar qrupu Həcc ziyarətinə nə zaman yola düşür?

User 07 May 2025 - 13:52 (Last updated: 21 May 2025 - 20:51)
Həcc ziyarəti

Həcc ziyarəti

Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək.

Bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib.

O bildirib ki, digər zəvvar qrupları da mərhələli şəkildə Həcc ziyarətinə yola düşəcəklər.

Həcc ziyarətinə getmək istəyən şəxslər üçün sənəd qəbulu nə vaxt başa çatacaq?

Qeyd edək ki, Həcc ziyarətinə getmək istəyən şəxslərin sənəd qəbulu yanvarın 21-dən aktivləşdirilib və bu həftənin sonu sənəd qəbulunun dayandırılacağı ehtimal olunur.

 

Həcc ziyarəti paketinin qiyməti nə qədərdir?

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

 

Həcc ziyarətinə getmək istəyən şəxslərin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

 

Həcc ziyarətinə getmək istəyən şəxslər hara müraciət etməlidirlər?

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

 

İcazəsiz Həcc ziyarətinə gedənləri hansı cəza gözləyir?

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb. APA xəbər verir ki, sabahdan başlayacaq və 44 gün davam edəcək yeni qaydalara görə həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq. Onlara qarşı, 20 min riala qədər (təxminən 5 300 dollar) cərimə tətbiq olunacaq. Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar. Bundan əlavə, icazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək. Qaydalar çərçivəsində həmçinin ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyula bilər.

 

Həcc ziyarətinə uşaq aparmaq qadağan edilib?

Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı rəsmi bildiriş yoxdur:

“Bununla bağlı Səudiyyə Ərəbistanın bəzi xəbər portallarında məlumat yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir”.

AzPost.az

Post navigation

Previous: Ümid Partiyası dövlətdən maliyyə alır? (AÇIQLAMA)
Next: Gündə cəmi 3 saat yatacaqsınız –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.