Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək?

Orkhan Ali 08 May 2025 - 13:20 (Last updated: 21 May 2025 - 20:48)
Naxçıvan Ali Məclisi

Naxçıvan Ali Məclisi

Naxçıvan Muxtar Respublikasında nazir təyinatı qaydalarında ciddi dəyişiklik gözlənilir.
Modern.az-ın əldə etdiyi məlumata görə, artıq nazir vəzifəsinə təyinatlar birbaşa Ali Məclis sədrinin sərəncamı ilə deyil, Ali Məclisdə səsvermə yolu ilə təsdiq olunacaq.
Artıq bu praktikanın tətbiqinə başlanılıb. Ötən gün Naxçıvan iqtisadiyyat naziri vəzifəsinə Kazım Yaşar oğlu Hüseynəliyev səsvermə yolu ilə təsdiqlənib. Onun namizədliyi Naxçıvanın Baş naziri tərəfindən irəli sürülüb və təqdimat Ali Məclisin sədrinə təqdim olunaraq plenar iclasa çıxarılıb.
Təqdimat oxunduqdan və namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Kazım Yaşar oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi haqqında” qərar səsə qoyularaq qəbul edilib.
İlkin mərhələdə yayılan xəbərlərdə nazirin Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə təyin olunduğu bildirilmişdi. Lakin daha sonra yayılan rəsmi məlumatla təyinatın parlament səsverməsi yolu ilə həyata keçirildiyi dəqiqləşdirilib.
Ali Məclisin birinci müavini Bəxtiyar Məmmədov səsvermənin nəticələrini elan etdikdən sonra yeni iqtisadiyyat nazirini təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, əvvəllər Naxçıvanda bir çox nazir, komitə rəhbərləri və digər mühüm vəzifələrə təyinatlar Ali Məclis sədrinin sərəncamları ilə baş tuturdu. Burada Ali Məclisin sədri və ya sədr səlahiyyətlərini icra edən şəxslər sərəncamlar imzalayır, birbaşa təyinatlar edirdilər.
Təyinat mexanizminin dəyişməsi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da mühüm dəyişikliklər gözlənilir. Ötən ay xəbər vermişdik ki, Konstitusiyada nəzərdə tutulan əsas dəyişikliklərdən biri Naxçıvan Ali Məclisinin sədrinin “ali vəzifəli şəxs” statusunun ləğv edilməsi ilə bağlıdır. Hazırda həm qanunverici orqana rəhbərlik edən, həm də icra hakimiyyətində əsas sima kimi çıxış edən Ali Məclis sədrinin bu statusu hüquqi ziddiyyət kimi qiymətləndirilir. Dəyişikliklər baş tutarsa, bu ziddiyyət aradan qaldırılacaq və səlahiyyət bölgüsü daha aydın şəkildə tənzimlənəcək.
Həmçinin, Naxçıvan Ali Məclisinin sədrinin nazir təyinatlarını həyata keçirməsi səlahiyyətlərinin də mədudlaşdırılacağı gözlənilir.

AzPost.az

Post navigation

Previous: Gözəllik salonuna gedən arvadını öldürmək istədi –
Next: Şəhərin mərkəzində evləri plana düşənlər narazıdır –

Oxşar xəbərlər

mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00
gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12

xƏBƏR

Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Sarvan kəndində...
Read more about Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb turkiye
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.